AzTU ilə Abşeron Logistika Mərkəzi arasında memorandum

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Abşeron Logistika Mərkəzinin direktoru Ziya Ağayev və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Rektor qonaqlara universitet haqqında ətraflı məlumat verib və  Abşeron Logistika Mərkəzi ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. O,   qarşılıqlı elmi, nəzəri və ustad dərslərinin, həmçinin seminarların keçirilməsi ilə bağlı təkliflər səsləndirib.

 

Abşeron Logistika Mərkəzinin direktoru Ziya Ağayev görülən işlər və layihələr haqqında danışıb, Mərkəzin mütəxəssislərinin AzTU tələbələrinə seminarlar keçməsi ilə bağlı təklifi müsbət qiymətləndirib. Direktor AzTU məzunlarının mərkəzdə işlə təmin olunacağının nəzərdə tutulduğunu da  diqqətə çatdırıb.

 

Görüşdən sonra AzTU ilə Abşeron Logistika Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

 



22.01.2020 | 18:21