Rusiya Federasiyasının nümayəndələri BSU-da

Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva Azərbaycanda işgüzar səfərdə olan M.İ.Rudomino adına Ümummrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Beynəlxalq fəaliyyət üzrə direktoru Svetlana Qoroxova, həmin kitabxananın Elm və təhsil fəaliyyəti üzrə direktoru Tatyana Polejayeva və  universitetdə qonaq olan digər nümayəndələrlə görüşüb.

 

Görüşdə  həmçinin Təhsil Nazirliyinin əməkdaşları- Kamran Rəsulov, İlqar Dadaşov, ali məktəbin prorektorları,  Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov  da iştirak ediblər.

 

Görüş zamanı  N.Əliyeva rusiyalı nümayəndələrə  universitetin keçdiyi inkişaf yolu, fakültələri və ixtisasları, tədris edilən xarici dillər, profesor-müəllim və tələbə heyəti, tədris prosesi, həyata keçirilən elmi tədqiqatlar, universitetin fəaliyyət istiqamətləri, son illər reallaşdırılan mütərəqqi yeniliklər, genişmiqyaslı islahatlar, beynəlxalq əlaqələr və qarşıda dayanan əsas vəzifələr barədə geniş məlumat verib.

 

Rektor qeyd edib ki, BSU unikal ali təhsil müəssisəsidir. Ali məktəbdə 10 tədris-mədəniyyət mərkəzi fəaliyyət göstərir ki, onlardan ən böyüyü Rusiya Tədris-Mədəniyyət Mərkəzidir.

 

Sonra BSU-nun Rusiya Tədris-Mədəniyyət Mərkəzi və həmin mərkəzin Moskva, Sankt-Peterburq auditoriyaları ilə tanış olan qonaqlara mərkəzin fəaliyyəti barədə geniş məlumat verilib.

 

Daha sonra qonaqlar BSU-nun Əsas kitabxanasının fəaliyyəti ilə tanış olublar.  N.Əliyeva onları kitabxananın strukturu, kitab fondu, kitabxananın elektronlaşdırılması, Kitabxana Şurası ilə bağlı bilgiləndirib. Qeyd edib ki, Kitabxana Şurası Əsas kitabxananın fəaliyyətinin təkmilləşdirilməsini və müasir tələblərə cavab verməsini daim diqqət mərkəzində saxlayır.

 

Sonda qonaqlar BSU-nun Heydər Əliyev Tədris Mərkəzində Rusiya Mədəniyyət-İnformasiya Mərkəzi, Azərbaycanda Rusdilli Tədris Müəssisələri Assosiasiyası və BSU-nun Filologiya və  xarici dil müəllimliyi fakültəsinin birgə təşkilatçılığı ilə dünya ədəbiyyatının klassiki, böyük  rus yazıçısı Anton Çexovun anadan olmasının 160 illiyinə həsr olunan “Çexov dövrü” adlı ədəbi oxular çərçivəsində keçirilən dinləmələrdə iştirak ediblər.

 



24.01.2020 | 19:20