BSU-nun tələbələri “Əsgərə salam” aksiyasında

Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib. Bu sərəncama uyğun olaraq,  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə 

 

Dövlət Komitəsi bu il yanvar ayının 17-dən “Əsgərə salam” aksiyasına  start verib.

 

Qeyd edək ki, fevral ayının 2- Azərbaycan Gəncləri Gününə qədər davam edəcək bu aksiyada məqsəd “Könüllülər ili”ndə könüllük hərəkatının iştirakçıları ilə yanaşı, cəmiyyətin müxtəlif təbəqələrinin Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirməkdir. Aksiyaya qoşulanlar hərbi salamlama vəziyyətində şəkil  çəkdirərək, bunu sosial şəbəkələrdə #esgeresalam #dovletqacqinkom 
həştəqlərini qeyd etməklə paylaşırlar.

 

Bakı Slavyan Universitetinin (BSU) tələbələri də bu təşəbbüsə fəal qoşularaq ali təhsil müəssisəsinin qarşısında “Əsgərə salam” aksiyası keçiriblər. BSU-nun mülki və hərbi formada olan tələbə-gəncləri bu aksiyada fəal iştirak etməklə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə həmrəy olduqlarını, qəhrəman əsgər və zabitlərimizi dəstəklədiklərini nümayiş etdiriblər.

 

Universitetdən bildirilib ki, aksiya yüksək əhval-ruhiyyədə və vətənpərvərlik ruhunda keçib.

 



26.01.2020 | 14:46