Qədim və nadir nüsxələrdən ibarət kitab sərgisi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində universitetin 100 illiyinə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində ilk tədbir keçirilib.

     

Qədim, nadir və unikal nüsxələr, qiymətli kitab və əlyazmalar,  ensiklopediyalar və miniatür kitablardan ibarət sərgidə  Azərbaycan, rus, alman, ingilis, fransız və s. dillərdə olan 129 miniatür və 200-ə yaxın kitab yer alıb.

 

Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova kitab evinin bazasında olan qədim və nadir nüsxələrin, qiymətli nəşrlərin ciddi qorunduğunu deyib.

     

ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev universitetdə gedən islahatlardan və tələbələr arasında kitaba marağın artmasından danışıb. O, belə tədbirlərin vacibliyini qeyd edərək burada sərgilənən kitabların oxucular üçün dəyərli sərvət olduğunu deyib.

  

Sonda nadir kitablardan ibarət sərgiyə baxış keçirilib.



27.01.2020 | 13:38