“İntellekt döyüşü”ndə 15 komanda yarışıb

Mingəçevirdə “İntellekt döyüşü” adlı bilik yarışı keçirilib. Yarış Gənclər Evinin təşkilatçılığı ilə baş tutub.

 

Qeyd edək ki,  15 komandanın iştirak etdiyi yarış 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunub. Yarışın keçirilməsində məqsəd gənclərin dünyagörüşünün formalaşdırılması, intellektual oyunlara marağının artırılmasından ibarətdir.  

 

Yarışda komandalara gənclərin intellektual səviyyəsinin inkişafına xidmət edən, tarix, ədəbiyyat, mədəniyyət, milli-mənəvi dəyərlərimiz və ümumi dünyagörüşünə dair suallar təqdim edilib.  Suallar komandalar tərəfindən cavablandırılıb.

 

“Nə? Harada? Nə zaman?” formatında keçirilən bilik yarışında qalib komandalara mükafatlar təqdim olunub.



28.01.2020 | 13:38