“Müəllimlər arasında ixtisas olimpiadası”- nın final mərhələsi başa çatıb

Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı,  Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, “Libra” kitab nəşriyyatının baş sponsorluğu ilə keçirilən “Müəllimlər arasında ixtisas olimpiadası”-nın final mərhələsi başa çatıb.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil olunan mərhələdə 9 ixtisas üzrə 354 nəfər qalib adı uğrunda mübarizə aparıb.

 

150 dəqiqə ərzində 5 sauala cavab axtaran finalçılar  4 ixtisas 1 metodikadan yazı tipli suala cavab veriblər. Qeyd edək ki, qaliblərin adına fevralın 5-də keçiriləcək mükafatlandırma mərasimində aydınlıq gələcək. Hər ixtisas üzrə ilk 3 yerin sahibləri  sponsorların ayırdığı  mükafatlara sahib çıxacaqlar.

 

Onlara “Baku Elektronics”-dən  qiymətli hədiyyələr, “ACER”-dən noutbuklar, ən yaxşı nəticə göstərən şəxs isə “ES Travel” tərəfindən İstanbula iki nəfərlik bilet əldə edəcək. İlk sıralarda yer tutanlar "İydə Perfumeriya”-dan brend ətirlər, “Saat Store”-dan saatlar, Nizami Kino Mərkəzindən 20 nəfərə kinoya bilet, Boranı Restoranlar şəbəkəsindən 20 nəfərə iki nəfərlik şam yeməyi, Şərq – Qərb nəşriyyatından isə dəyərli kitablarla mükafatlandırılacaqlar. 

 

Sən də ixtisas olimpiadasına qoşul, biliyini hamıya sübut et!

 

 



28.01.2020 | 15:29