Qaliblərə mükafatlar təqdim olunub

Yeniyetmələr arasında sərbəst güləş üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Birincilikdə Naxçıvandan qatılan idmançılar da çıxış edib və uğur qazanıblar.  Belə ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının iki idmançısı  60 kiloqram çəki dərəcəsində olan Kamal Qasımov birinciliyin qalibi, eyni çəkidə mübarizə aparan Camal Qasımov isə bürünc medala sahib olub.

 

Qalib idmançılar  təşkilatçılar tərəfindən mükafatlandırılıb.

 

Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında yeniyetmələr (2007-2008-ci illər) arasında keçirilən sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyinə də  yekun vurulub.

 

Qeyd edək ki, birinciliyi  Naxçıvan Muxtar Respublikası  Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi təşkil edib. Birincilikdə 11 çəki dərəcəsi üzrə 60 idmançı  mübarizə aparıb. Hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılara mükafatlar təqdim olunub.  

 

Sifai SƏFƏROVA



29.01.2020 | 14:29