“Planet canlı varlıqdırmı?”

Azərbaycan-Fransız Universitetində (UFAZ) “Planet canlı varlıqdırmı?” mövzusunda tədbir keçiriləcək.

 

Yanvarın 30-da keçiriləcək tədbirin təşkilatçıları Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutudur.

 

Tədbirdə yerli və xarici tədqiqatçılar tərəfindən “Canlı planetdə baş verən iqlim dəyişikliyini anlamaq üçün müasir kosmik metodlar”, “Xəzər dənizi - planetimizin unikal və relikt coğrafi obyekti”, “Təsəvvüfdə kainat nizamının ezoterik təsviri” və digər mövzularda interaktiv müzakirələr aparılacaq.

 

Qeyd edək ki, tədbirdə  tələbələr, müəllimlər, tədqiqatçılar, filosoflar və bu sahəyə maraq göstərənlər  iştirak edə bilərlər.



29.01.2020 | 17:25