"Multikulturalizmə giriş" kitabının təqdimatı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində  Bakı  Beynəlxalq Multikulturalizm Mərkəzinin "Multikulturalizmə giriş" və ya “Азербайджанский мультикултурализм” kitablarının təqdimatı keçirilib.

 

Bakı  Beynəlxalq Multikulturalizm Mərkəzinin  İnformasiya Təminatı şöbəsinin müdiri Yadigar Məmmədli mərkəzin fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.

 

Mərkəzin  Analitika şöbəsinin müdiri, "Multikulturalizmə giriş" kitabının müəllifi Rəşad İlyasov və şöbənin məsləhətçisi, kitabın digər müəllifi  Rahim Rəhimov dərsliyin əhəmiyyətindən danışıb və kitabın məzmunu haqqında geniş məlumat veriblər.

 

Sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini, kitabın müəlliflərindən biri Rəfi Qurbanov, multikulturalizmin mahiyyəti və dəyərləri haqqında çıxış edib.

 

Tədbirdə ADNSU-nun elmi İşlər üzrə prorektoru, professor Rauf Əliyarov, İctimai fənnlər kafedrasının müdiri, professor Camal Mustafayev, kafedranın müəllimləri Yaşar Əhmədov və digərləri kitab haqqında fikir mübadiləsi aparıb və multikultural dəyərlərdən danışıblar.



30.01.2020 | 12:53