“Gənclərin məşğulluğuna dəstək” layihəsi

Azərbaycan Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin “C” (fiziki şəxslərin layihələri) kateqoriyası üzrə seçilən “Gənclərin məşğulluğuna dəstək” adlı layihə həyata keçirilir.

 

Gənclər Fondunun maliyyə dəstəyi ilə ödənişsiz həyata keçirilən “Çarpaz” tikiş və digər tikiş növləri üzrə seminarlar və dərslərdə qadınlar milli üslubda işlədikləri nümunələr üzərində Azərbaycanın dövlət rəmzlərini, milli bayramlarımızı əks etdirirlər.

 

Layihə rəhbəri Nərmin Cavadova bildirib ki,  layihənin əsas məqsədi “Çarpaz” tikiş və digər tikiş növləri üzrə seminarlar keçirməklə xanımlarda gərəkli bacarıqlar aşılamaq, məşğulluq çərçivəsində onların əmək bazarına inteqrasiyasına şərait yaratmaqdır.

 

“Dekabr ayından icrasına başladığımız layihənin bu qədər maraqla qarşılanacağını gözləmirdim. Əksər xanımlar artıq dərslərin sonunda başladıqları əl işlərini bitirmiş oldular, hətta bəziləri tamamlanmış işlərini çərçivəyə saldılar. Bu, məni daha çox təəccübləndirdi. Həvəs və maraq gözlədiyimdən də çox olduğuna görə, dərsləri evdar xanımlar, tələbələr, işsiz xanımlar üçün günorta növbəsi və işləyən xanımlar üçün axşam növbəsi üzrə qruplaşdırdım. Xanımlar ilk dərsdən nəzəri və praktiki bilik və bacarıqlara yiyələnmiş oldular” – deyə layihə rəhbəri bildirib.

 



31.01.2020 | 17:35