ABŞ-dakı müsabiqədə ilk dəfə azərbaycanlı münsif iştirak edəcək

11-15 may 2020-ci il tarixlərində ABŞ-ın Anaheym şəhərində İSEF – İnternational Science and Engineering Fair müsabiqəsi (Beynəlxalq Elm və Mühəndislik Sərgisi) keçiriləcək.

 

Bu il müsabiqənin tarixində ilk dəfə olaraq azərbaycanlı münsif iştirak edəcək. İSEF-in münsiflər heyətinin tərkibinə  Fizika və Astronomiya kateqoriyası üzrə “Böyük  Mükafat” münsifi (Grand Awards judge in the category of Physics and Astronomy) qismində azərbaycanlı alim – Sumqayıt Dövlət Universitetinin əməkdaşı, “Sabahın Alimləri” Respublika müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri dosent Samir Orucov daxil edilib.

 

Qeyd edək ki, 1958-ci ildən etibarən ABŞ-da keçirilən İSEF – İnternational Science and Engineering Fair müsabiqəsində (Beynəlxalq Elm və Mühəndislik Sərgisi) hər il 70-80 ölkədən  IX – XI  sinif şagirdlərindən ibarət  komandalar iştirak edir. 

 

2012-ci ildən etibarən “Sabahın Alimləri” Respublika müsabiqəsinin qaliblərindən ibarət komanda  İSEF-də Azərbaycanı uğurla təmsil edir.



03.02.2020 | 14:52