Tibb Universiteti rezidentlərinin pansionatda tibbi aksiyası

Azərbaycan Tibb Universitetinin  (ATU) rezidentura və magistratura şöbəsinin təşəbbüsü ilə tibbi aksiya keçirilib.

 

Ali məktəbin rezidentləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatında sakinləri müayinə ediblər. Sosial xidmət müəssisəsində keçirilən tibbi aksiyada oftalmoloq, LOR, pulmonoloq, terapevt, qastroenteroloq, revmotoloq, USM həkimi, kardioloq, endokrinoloq, hematoloq ixtisaslı rezident və həkimlər iştirak ediblər.

 

Verilən məlumata görə, müayinə olunan pansionat sakinləri dərmanlarla da təmin olunublar.



05.02.2020 | 14:19