Məktəblilər qüvvələrini sınayıb

Ağstafa Rayon Təhsil Şöbəsinin dəstəyi və  rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Köçəskər kənd 1 nömrəli tam orta məktəbində  2 fevral- Gənclər Gününə həsr olunmuş “karate-do” idman növü üzrə uşaq və yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilib.

 

6-7, 8-9, 10-11, 12-13 yaş qruplarında keçirlən birincilikdə Qazax,Tovuz, Ağstafa rayonlarından Köçəskər, Göycəli, Tatlı, Qaçaq Kərəm kənd məktəbliləri 7 komanda olmaqla, ümumilikdə 70-ə  yaxın  idmançı  iştirak edib.  İdmançılar  4 yaş qrupunda, 12 çəki  dərəcəsində  qüvvələrini  sınayıblar.

 

Qalib gələn komandalar diplom və medalla təltif olunublar.

 

Nəcibə VƏLİYEVA,

Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi



09.02.2020 | 10:00