Kayde-Əzəm Universiteti ilə əməkdaşlıq müzakirəsi

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Pakistan İslam Respublikasından gələn nümayəndə heyəti ilə görüşüb.

 

Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm, Kayde-Əzəm Universitetinin professoru Zəfər Navaz Jaspal və digər şəxslərin iştirak etdiyi görüşdə  ölkələrimiz arasında əlaqələr, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyəti, perspektiv məsələlər  müzakirə predmeti olub. 

 

Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm bildirib ki,  Azərbaycanla əlaqələr mədəni irs, qlobal və regional məsələlərdə həmrəylik, beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur.

 

Nümayəndə heyətinə BDU-nun fəaliyyəti, universitetdə həyata keçirilən layihələr və proqramlar barədə məlumat verilib. Eyni zamanda, Kayde-Əzəm Universiteti ilə birgə tədbirlərin keçirilməsi, tələbə-müəllim mübadiləsi və digər məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.

 

 



10.02.2020 | 16:37