AzTU orta məktəblərdə maaarifləndirmə aparır

Azərbaycan Texniki Universitetinin (AzTU) təşviqat qrupunun nümayəndələri Bakı şəhər 95 və 138 saylı tam orta məktəblərdə peşəyönümlü maarifləndirmə işi aparıb.

 

Şagirdlərə AzTU-nun fakültə və ixtisasları, təqaüdlü təhsil proqramları, universitetin əməkdaşlıq etdiyi şirkət və beynəlxalq ali təhsil ocaqları haqqında ətraflı məlumat verilib. 



11.02.2020 | 12:43