ATU-nun klinikasında tələbələr üçün xeyriyyə aksiyası

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsində hər il olduğu kimi,  bu il də  xeyriyyə aksiyası keçirilib.

  

Aksiya zamanı universitetdə təhsil alan 2 aztəminatlı tələbə ödənişsiz eksimer lazer əməliyyatı, refraksion problemi olan 5 tələbə üzərində isə iki gözündə eksimer cərrahiyyə əməliyyatı aparılıb.

 

Universitetin rektoru, professor Gəray Gəraybəylinin və klinikanın oftalmologiya şöbəsinin təşəbbüsü ilə reallaşan   xeyriyyə aksiyaları davamlı olaraq keçiriləcək və imtahanları  müvəffəqiyyətlə verən aztəminatlı ailələrdən olan tələbələrə güzəştlər olunacaq.

 

Qeyd edək ki, indiyədək keçirilən aksiyalar zamanı 134 tələbə əməliyyat olunub və onlardan 47-si builki tədris ilinin payına düşüb.

    

Sifai SƏFƏROVA



13.02.2020 | 14:40