BMU tələbələri “Əsgərə salam” aksiyasında

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2020-ci il yanvarın 17-də start verdiyi "Əsgərə salam" aksiyasına qoşulublar.

 

Aksiyanın məqsədi “Könüllülər ili”ndə gənc könüllülərlə birlikdə cəmiyyətin müxtəlif təbəqələrinin Ali Baş Komandana yüksək etimad və inamını, Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini bir daha nümayiş etdirməkdir.

     

BMU-dan bildirilib ki, tələbələr universitetin müxtəlif məkanlarından Milli Ordunun əsgərlərinə salam göndərərək, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə həmrəy olduqlarını nümayiş etdiriblər. 



20.02.2020 | 10:26