BANM ali məktəblər üzrə media reytinqində ikinci oldu

Bakı Ali Neft Məktəbi (BANM) “Media Consulting Services” şirkətinin media monitorinq qrupu tərəfindən aparılan araşdırmalara əsasən aprel ayı üzrə ali təhsil müəssisələri arasında ikinci yeri tutub. Belə ki, BANM-ın aprel ayı üzrə media aktivliyi 904 olub. Media monitorinq qrupu 10 televiziya, 55 çap və 600 on-line media daxil olmaqla, 665-dən çox mənbəni, eyni zamanda sosial  şəbəkələri izləməklə bu nəticəyə gəlib.

 

 Qeyd edək ki, ali təhsil müəssisələri üzrə media aktivlik mediaya daxil olan məlumatların kəmiyyət, keyfiyyət və məzmun üzrə təhlili nəticəsində hesablanır.

 

                                             



13.05.2018 | 12:05