Bakı Biznes Universitetində yeni layihə

Bakı Biznes Universiteti və "Easymark" şirkətinin təşkilatçılığı ilə "Marketingguide in BBU" layihəsi həyata keçirilib.

 

Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov tələbələri tədbirdə fəal iştirak etməyə çağırıb.

 

Layihə çərçivəsində “ABAD”, “Azərsun”, “Dünyagöz”, “Easymark”, “Stimul Education” və digər nüfuzlu şirkətlərin sərgisi açılıb.  Dövlət və özəl sektor nümayəndələrinin iştirak etdiyi tədbirin əsas məqsədi marketinqin son trendlərinin müzakirəsi, beynəlxalq təcrübənin, strateji həmlələrin tətbiqi, markalaşmada və xarici bazarlara çıxışlarda  əsas məqamlara diqqət yönəltməkdir.

 

Tədbirin sonunda fəal tələbələr setifikat və digər həvəsləndirici hədiyyələrlə mükafatlandırılıb. “Dünyagöz” klinikası tərəfindən tələbələrə  ödənişsiz müayinə və əməliyyat endirim kuponları və digər şirkətlərin hədiyyələri təqdim edilib.



20.02.2020 | 16:24