Təhsil naziri Hacıqabul şəhərindəki məktəb-liseydə olub

Fevralın 21-də Təhsil naziri Ceyhun Bayramov Hacıqabul şəhər 10 nömrəli Texniki-Təbiət Fənlər Təmayüllü  məktəb-liseydə olub. Nazir məktəbin müəllim və şagird kollektivi ilə görüşüb,  eyni zamanda təhsil müəssisəsinin ümumi şəraiti, dərs otaqları, kitabxanası, idman və akt zalı ilə tanış olub, şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb.

 

Daha sonra nazir məktəb-liseyin 5-ci sinfində tarix və alman dili dərslərinin tədrisi prosesini izləyib. Nazir şagidlərə elektron resurslardan  daha fəal istifadəni tövsiyə edib, həmçinin təhsil ocağının rəhbərliyinə məktəb kitabxanasının zənginləşdirilməsinə dair tapşırıq verib.

 



21.02.2020 | 12:00