“Narkomaniyaya yox deyək!”

Lənkəran Rayon Polis və Təhsil şöbələrinin birgə təşkilatçılığı ilə şəhər  6 nömrəli məktəb-liseydə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

 

Tədbirdə çıxış edən Lənkəran Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.

 

Şöbə rəisi deyib ki, bu gün narkomaniyaya meyil edən yeniyetmə və gənclərə rast gəlinməsi təəssüf hissi doğurur. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətlə yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.

        

F.Azadəliyev  narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

 

Tədbirdə çıxış edənlər polis əməkdaşları tərəfindən məktəblilərlə belə görüşlərin keçirilməsini yüksək qiymətləndirib, şagirdləri bu həssas mövzuya diqqətlə yanaşmağa, verilən dəyərli tövsiyələrə əməl etməyə çağırıblar.

 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



22.02.2020 | 10:00