Gənc bioloqlar istehsalat təcrübəsində

Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin IV kurs tələbələrinin 25 nəfərdən ibarət  heyəti AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsi keçir. Tələbələrin fevral ayının 17-də başlayan təcrübəsi aprelin 19-na kimi davam edəcək.

 

Onlar İnstitutun müxtəlif laboratoriyalarında aparılan elmi-tədqiqat işləri, müasir cihaz və avadanlıqların iş prinsipi ilə tanış olmaqla yanaşı, aparılan təcrübələrdə bilavasitə iştirak edir və dünya praktikasında tətbiq olunan metodları mənimsəyirlər.

 

İnstitutun direktoru, AMEA-nın vitse-prezidenti İradə Hüseynova hər il BDU tələbələrinin AMEA institutlarında istehsalat təcrübəsi keçməsinin elm və təhsilin inteqrasiyası üçün böyük əhəmiyyətini vurğulayaraq, tələbələrə təhsil və tədqiqat işlərində uğurlar arzulayıb.

 



22.02.2020 | 11:06