“Ordu quruculuğu və Heydər Əliyev”

Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbində “Ordu quruculuğu və Heydər Əliyev” mövzusunda seminar keçirilib.

 

Məktəbin gənclərin çağırışaqədərki  hazırlıq müəllimi, ehtiyyatda olan polkovnik leytenant Elmar Hüseynov  tərəfindən təşkil olunan tədbirdə şagirdlərə Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, müstəqilliyimiz və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir.

 

Seminarın sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

                            

Aysel TAHİROVA,         

Abşeron  Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 



22.02.2020 | 12:19