Nar qabıqlarından alınan reagent neft quyusunda sınaqdan keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun (AKİ) “Aşqar” Elmi İstehsalat Birliyində nar şirəsi istehsalı zamanı tullantı kimi alınan nar qabıqları əsasında yeni quru, tozvarı reagent işlənilib.

 

AKİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə elmlər doktoru, dosent Əfsun Sucayev bildirib ki,  yeni reagentin neft-qaz quyularının qazılmasında istifadəsi təklif edilib. Reagent  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin razılığı ilə Siyəzəndə qazılan neft quyusunda sınaqdan keçirilib.  Əldə olunan yüksək nəticələr aktlaşdırılıb və şirkətə təqdim edilib.

 

Qeyd olunub ki, bu tətbiqi işlər “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planı üzrə yerinə yetirilib.

 



21.02.2020 | 18:29