Xocalı faciəsi çinli tələbələrin gözü ilə

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan tədbir keçirilib. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlər, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası haqqında danışaraq, qanlı Xocalı hadisələri barədə həqiqətlərin dünyada yayılmasının, faciənin soyqırım kimi tanınmasının vacibliyini vurğulayıb.

 

Tədbirdə çıxış edən ADU-nun Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu Çin dilində ifadə edib, soyqırımın beynəlxalq miqyasda tanınması, ona siyasi-hüquqi qiymət verilməsi üçün bütün gənclərin səfərbər olacağına inandıqlarını bildiriblər.

 

Sonda  Çin dilində Xocalı soyqırımı dəhşətlərini əks etdirən sənədli film nümayiş olunub.



26.02.2020 | 18:18