Əcnəbi tələbələr Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təcrübədə

Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alan əcnəbi tələbələr Koreya peşə təhsili standartları əsasında qurulan  Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində istehsalat təcrübəsinə başlayıblar.

 

Təcrübənin ilk günü AzTU-nun  nümayəndə heyəti mərkəzlə yaxından tanış olub.

 

Mərkəzdə veb-dizayner, avtomobil üzrə elektrik,  avtomobillərin təmiri çilingəri, avtomotonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlayıcısı, kompüterlərin təmiri və xidməti üzrə texniklər hazırlanır. Tədris prosesi Koreyada təlim keçən  ixtisaslı mütəxəssislər tərəfindən təşkil olunub.

 

Mərkəzin müəllimi, AzTU-nun məzunu Tural Göyüşov və digər təlimçilər texniki avadanlıqların iş prinsipi, əmək fəaliyyətinin təhlükəsizliyi haqqında nümayəndə heyətinə ətraflı məlumat veriblər.

 

Mərkəzin direktor müavini Orxan Rəhimov bildirib ki, hazırda tədris olunan ixtisaslar üzrə ali təhsilli, ingilis dili bilən kadrların mərkəzdə işlə təmin olunması üçün vakansiya var.



27.02.2020 | 17:09