![]() |
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Bakıda
daha 2 bağça açıldı
Bunlar Yeni Suraxanı
qəsəbəsindəki 330 və Kürdəxanı
qəsəbəsindəki 336 nömrəli
körpələr evi-uşaq bağçalarıdır.
Birtipli layihə üzrə müasir standartlara uyğun inşa
olunmuş hər iki məktəbəqədər
tərbiyə müəssisəsi binasının aprelin 9-da
rəsmi açılışı oldu. Bu münasibətlə keçirilən
mərasimlərdə təhsil naziri Misir Mərdanov iştirak
edirdi.
Misir Mərdanov bağçanın rəmzi açılışını
bildirən qırmızı lenti kəsib, yeni açılan müəssisəyə
xeyir-dua verdi. Foyedə bağçanın kiçik sakinləri
naziri şeirlə, mahnı ilə salamladılar. Sonra
nazir və onu müşayiət edən rəsmi şəxslər
bağçanı gəzib, burada uşaqların
tərbiyəsi üçün yaradılmış şəraitlə
tanış oldular. İkimərtəbəli gözəl bağça
binasında 6 qrup üçün məşğələ və
yataq otaqları, musiqi zalı, mətbəx, camaşırxana,
tibb otaqları, valideynlər üçün gözləmə otağı,
uşaqların açıq havada olması üçün geniş eyvan
nəzərdə tutulub. Bağçanın özünün ayrıca
istilik sistemi var. Bütün otaqlar müasir avadanlıqla təchiz
olunub. Kollektivin səyi ilə yüksək zövqlü tərtibat
işləri aparılıb. I və II
mərtəbələrdəki foyelərdə ölkə
Prezidenti İlham Əliyevin, onun xanımı Heydər
Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın
uşaqlara qayğısını əks etdirən
fotolardan ibarət stendlər yerləşdirilib. Bir-bir otaqlara baş çəkən nazir görülmüş
işlərdən, uşaqların tərbiyəsi üçün
yaradılmış yüksək şəraitdən razı
qaldığını bildirdi, zövqlə aparılan
tərtibat işlərinə görə bağçanın müdirinə
təşəkkür etdi. Bağçanın müdiri çimnaz Səlimova
məlumat verərək bildirdi ki, qəsəbədə
yeganə məktəbəqədər
tərbiyə müəssisəsi olan yeni bağça 6
qrupluqdur, 120 uşaq üçün nəzərdə tutulub. Qısa
müddət ərzində artıq bağçaya 115 uşaq
cəlb olunub. Onların tərbiyəsi ilə 12
tərbiyəçi məşğuldur. Tərbiyəçilərin
hamısı ixtisas təhsillidir, öz sənətini
sevirlər, əksəriyyəti də gəncdir.
Bağçanın pedaqoji kollektivini, uşaqları,
mərasimin digər iştirakçılarını yeni binanın
istifadəyə verilməsi münasibəti ilə təbrik
edən nazir müəssisənin rəy və
təkliflər kitabına ürək sözlərini yazdı,
pedaqoji kollektiv üzvləri və uşaqlarla xatirə şəkli
çəkdirdi. Həmin gün Yeni Suraxanı
qəsəbəsində də təzə
istifadəyə verilmiş 330 nömrəli körpələr
evi-uşaq bağçasının açılışı
oldu. Mərasimdə iştirak elən təhsil naziri Misir
Mərdanov yeni yaşayış massivində - uzun müddət
heç bir məktəbəqədər tərbiyə müəssisəsinin
olmadığı ərazidə yeni bağçanın açılmasını
yüksək qiymətləndirdi.
Nazir inşaat - bəzək işləri yüksək
səviyyədə aparılmış, zəngin
tərtibatı ilə gözoxşayan, hər cür avadanlıqla,
təzə uşaq stol-stulları və yataq
dəstləri ilə təchiz olunmuş bu bağçada gördüklərindən
də məmnun qaldı, bağçanın
rəhbərliyinə, tərbiyəçilərə müəssisəni
qorumağı, bu cür yüksək səviyyədə saxlamağı
tövsiyə etdi. ölkə rəhbərinin
məktəbəqədər təhsilə xüsusi
diqqət yetirdiyini vurğulayan nazir 2008-ci ildə 21 körpələr
evi-uşaq bağçasının əsaslı təmir
olunacağını diqqətə çatdırdı. Açılış mərasimlərində
Təhsil Nazirliyinin müvafiq şöbə və bölmələrinin
əməkdaşları, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin rəhbər işçiləri,
Sabunçu və Suraxanı rayonları icra hakimiyyətinin
rəsmiləri, qəsəbələrin
bələdiyyə sədrləri iştirak edirdilər. Yusif ƏLİYEV |
![]() |
![]() |
![]() |
![]() |