![]() |
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Ali təhsillə bağlı beynəlxalq konfrans Aprelin 10-da Azərbaycan Respublikası
Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti və
Avropa Təhsil Hüququ və Siyasəti Assosiasiyasının
birgə "Təhsildə keyfiyyətin təminatı:
tələblər və zərurətlər" mövzusunda
beynəlxalq konfransı keçirildi.
Tədbiri Azərbaycan Dillər
Universitetinin rektoru, Azərbaycanın Avropa Şurasının
Parlament Assambleyasındakı nümayəndəliyinin başçısı
Səməd Seyidov açaraq konfransın
keçirilməsinin əsas məqsədini açıqladı.
Beynəlxalq miqyaslı tədbirin
əhəmiyyətinə toxunan S.Seyidov qeyd etdi ki, son
illər təhsilimizdə gedən islahatlar müsbət
nəticələrini göstərməkdədir.
Professor S.Seyidov beynəlxalq konfrans haqqında
ətraflı məlumat verdikdən sonra çıxış
üçün sözü təhsil naziri Misir Mərdanova verdi. Təhsil
naziri ölkəmizdə təhsilin
keyfiyyətinin yüksəldilməsinə, onun inkişafına
diqqətin daha çox artırılmasının
təqdirəlayiq olduğunu deyərək keçirilən
tədbirin bu baxımdan faydalı olduğunu söylədi.
Nazir son illər ali təhsil müəssisələrinin
maddi-texniki və tədris bazasının təkmilləşdirilməsi
üzrə əsaslı işlər görüldüyü haqda geniş
söz açdı. Misir Mərdanov ölkə başçısı
cənab İlham Əliyevin "Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinin Avropa ali təhsil
məkanına inteqrasiyası ilə bağlı bəzi
tədbirlər haqqında" 31 yanvar 2008-ci il tarixli
sərəncamı ilə bağlı görüləsi,
həlli vacib işlərdən danışdı. Nazir ali
təhsil sahəsində diqqət yetirilməsi zəruri
olan bir sıra məqamlar üzərində xüsusi dayanaraq
fikir və mülahizələrini söylədi. Misir Mərdanov
konfransda iştirak edən qonaq professor Jan De Groofun çıxışının
maraqla qarşılanacağına əmin olduğunu
deyərək, ümumiyyətlə belə beynəlxalq
əməkdaşlığın ali təhsilimizin inkişafına
müsbət təsir göstərdiyini bildirdi. Nazir çıxışının
sonunda konfransın işinə uğurlar arzuladı. Belçika universitetləri üzrə dövlət
komissarı, Avropa
Təhsil Hüququ və Siyasəti Assosiasiyasının
prezidenti, YUNESKO-nun Təhsil qanunu üzrə
nümayəndəsi, bir neçə Avropa
universitetlərinin professoru Jan De Groof çıxışında
Avropa ölkələrində ali təhsil sahəsində
gedən son dəyişikliklərdən, tətbiq olunan
bir sıra yeniliklərdən danışdı.
Azərbaycanlı həmkarları ilə birlikdə
əməkdaşlıqdan məmnun qaldığını
söyləyən qonaq ölkəmizin ali təhsilin inkişafı
ilə bağlı bu sahədə əldə olunan
beynəlxalq təcrübədən ətraflı bəhs
etdi. Konfrans iştirakçılarına Avropa ölkələrində
ali təhsil istiqamətində həyata keçirilən
tədbirlər haqqında geniş məlumat verdi. çıxış üçün söz alan Türkiyə
Respublikasının ölkəmizdəki
səfirliyinin təhsil məsələləri üzrə müşaviri
Səlahəddin Dikmən Boloniya prosesi və Türkiyənin
təcrübəsindən danışdı. Daha sonra təhsildə keyfiyyətin
təminatının Azərbaycanda tətbiqi: təhsil mühiti
və universitetlərin potensialı; Akademik prosesin genişlənməsi:
tədrisin səmərəliliyi və keyfiyyətin
təminatı və təhsilin idarə edilməsi bölmələri
üzrə ayrı-ayrı yerli, eyni zamanda xarici ölkələrin
ali təhsil sahəsində çalışan mütəxəssislərin
məruzələri dinlənildi. Beynəlxalq konfrans geniş müzakirə
və fikir mübadiləsi şəraitində sona çatdı. Samirə KƏRİMOVA, fotolar Fazil İDRİSOĞLUNUNDUR |
![]() |
![]() |
![]() |
![]() |