|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Müəllim elə bir şəxsiyyətdir ki, o hansı şəraitdə olur-olsun, birinci növbədə, şərəfli müəllim adını yüksək saxlamalıdır... Bizim həyatımızda müəllimlik ən hörmətli peşədir. Müəllim cəmiyyətimizdə görkəmli yer tutur. Müəllimə hamı hörmət edir və hörmət etməlidir. çünki sizi də və keçmişdə bizi də həyata hazırlayan, böyüdən və bu günlərə çıxaran müəllimlər olubdur. Mən öz müəllimlərimə daim minnətdar olmuşam, bu gün də minnətdaram... Azərbaycan müəlliminin bir məqsədi, bir amalı olmalıdır: Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli dövlətə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək... Orta məktəbdə, ali məktəbdə hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun dövlət üçün, millət üçün, Azərbaycan xalqı üçün gördüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərəklisidir, ən lazımlısıdır. Heydər ƏLİYEV |
"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Prezident
İlham Əliyev Füzuli və Biləsuvar rayonlarındakı
iki təhsil müəssisəsində olub
Zobucuq
qəsəbəsində orta məktəb binasının
açılışı Aprelin
18-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət
Neft Fondunun vəsaiti hesabına Füzuli rayonunda məcburi köçkünlər
üçün salınmış Zobucuq qəsəbəsində
olmuşdur. Sonra
qəsəbədəki 27 nömrəli orta
məktəbə gələn Prezident İlham Əliyevi
muğam üçlüyünün ifasında Bəhram Nəsibovun
"Qarabağ" mahnısı ilə qarşıladılar.
İkimərtəbəli məktəb binasında 15 sinif otağı vardır. Burada "Qalaqayın" qəsəbəsindən köçürülmüş ailələrdən olan 360 şagird təhsil alır. Məktəbdə "Qan yaddaşı", "Milli qəhrəmanlar", habelə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya həsr olunmuş xüsusi guşələr vardır. |
Milli
Kurrikulum əsasında dərslik komplektlərinin hazırlanmasına
həsr olunan müşavirə Aprelin
18-də Təhsil Nazirliyində nazir Misir Mərdanovun iştirakı
ilə respublikanın ümumtəhsil məktəblərinin
I sinifləri üçün 2008-2009-cu dərs ilinə Milli
Kurrikulum əsasında dərslik komplektlərinin hazırlanması
ilə bağlı görülən işlərə həsr
olunmuş müşavirə keçirildi. Tədbirdə təhsil nazirinin müavini
İsgəndər İsgəndərov, nazirliyin şöbə
müdirləri, Dərslikləri Qiymətləndirmə
Şurasının üzvləri, ekspertlər və
respublikadakı bir sıra nəşriyyatların
direktorları iştirak edirdilər. |
Türkiyənin yeni səfiri Təhsil Nazirliyində Aprelin
18-də Azərbaycan Respublikasının təhsil naziri
Misir Mərdanov Türkiyə Cümhuriyyətinin ölkəmizdəki
səfiri cənab Hulusi Qılıncı qəbul etdi. Misir Mərdanov Azərbaycana səfir
təyin olunduqdan sonra Təhsil Nazirliyinə ilk
dəfə gələn hörmətli qonağı səmimi
salamladı və onunla burada görüşməsindən
məmnun olduğunu bildirdi.
Nazir cənab səfirin Azərbaycanda çalışdığı
müddətdə iki qardaş ölkə arasında mövcud olan
dostluq və əməkdaşlıq əlaqələrini
daha yüksək səviyyəyə qaldıracağına ümid
etdiyini dedi. |
Hörmətli
konfrans iştirakçıları! Hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə elm və təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olmuşdur. Bütün dövrlərdə cəmiyyətin tələbatı elmin və təhsilin inkişafını sürətləndirmiş, elmi-texniki tərəqqi isə təhsil sistemi qarşısında həlli vacib daha mürəkkəb vəzifələr qoymuşdur. |
Nazir
müsabiqə iştirakçıları ilə görüşdü "Ən
yaxşı müəllim" müsabiqəsinin növbəti
mərhələsində 208 müəllim iştirak
edəcək Aprelin
21-də Təhsil Nazirliyində "Ən yaxşı müəllim"
müsabiqəsinin ikinci mərhələsinin iştirakçıları
ilə müşavirə keçirildi. Tədbirdə nazirliyin
məsul işçiləri, müvafiq şöbələrin
və struktur bölmələrinin, ictimai qurumların
rəhbərləri və müsabiqə iştirakçılarının
sınaq dərsi keçəcəkləri
məktəblərin nümayəndələri iştirak
edirdilər. Müşavirəni açan təhsil naziri Misir
Mərdanov iştirakçıları salamladı və müsabiqənin
ikinci mərhələsinə buraxılmaları münasibətilə
müəllimləri təbrik etdi. Misir Mərdanov "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" mükafatlarının təsis edilməsinin ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan təhsilinə, bütövlükdə təhsil işçilərinə müntəzəm diqqət və qayğısının yeni bir təzahürü olduğunu vurğuladı. |
Yeni
dərsliklər necə olmalıdır? Azərbaycan strateji istiqamətləri ulu öndər
Heydər Əliyev tərəfindən müəyyən
olunan və möhtərəm Prezidentimiz İlham Əliyevin
uğurla davam etdirdiyi sosial-iqtisadi tərəqqi yolu
ilə inamla addımlayaraq ilbəil böyük
nailiyyətlər qazanır, müstəqil ölkə kimi
dinamik inkişaf edir. Bu mənada təhsil sahəsi də
istisna deyildir. Hazırda köklü islahatlar aparılan ölkəmiz
müasir dünyanın şəxsiyyətyönümlü təhsil
sferasına daxil olmaq, tələbatlara uyğun inteqrativ
məzmun, ən yeni təlim strategiyaları,
qiymətləndirmə mexanizmləri, demokratik
idarəetmə sistemi işləyib hazırlamaq üçün
ənənəvi və mütərəqqi dünya texnologiyalarından
yaradıcılıqla istifadə edir. Xüsusən də yeni tədris resurslarının yaradılması üzrə islahatyönümlü tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Onların içərisində dərsliklərin hazırlanmasına prioritet istiqamətlərdən biri kimi yanaşılır. Təsadüfi deyil ki, İslahat Proqramında təlim və tərbiyənin məzmununun təkmilləşdirilməsi işinin mühüm amili kimi "dövlət təhsil standartlarına uyğun tədris proqramı və ... dərsliklərin hazırlanması" (Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı. Azərbaycanın təhsil siyasəti (1998-2004), I kitab. Bakı, "Təhsil", 2005) vacib vəzifə olaraq qarşıya qoyulur. |
İcbari
ümumi təhsil: problemlər, vəzifələr (Əvvəli qəzetimizin 13-14-cü saylarında) ölkəmizdə təhsil
sahəsində islahat Proqramına uyğun olaraq artıq
3-cü ildir ki, Təhsil Nazirliyi Dünya Bankı ilə
birlikdə bir şəhər, iki kənd rayonunda (Əli
Bayramlı, İsmayıllı, Ucar) məktəb şəbəkəsinin
səmərəli qurulması ilə bağlı
eksperiment aparır. Göründüyü kimi, eksperiment həm şəhəri,
həm dağ, həm də aran rayonunu əhatə edir. Güman
edirik ki, beynəlxalq təcrübəyə əsaslanan bu
eksperimentin nəticələri məktəblərin
hər bir şəhərdə, rayonda daha
məqsədəuyğun yerləşdirilməsinə,
məktəb şəbəkəsinin daha təkmil, daha
səmərəli qurulmasına imkan verəcəkdir. Mövcud sənədlərdə qeyd edilir ki, kənd rayonlarında məktəb şəbəkəsi qurularkən məktəblər arasındakı məsafə üç km və üçdən çox olduqda uşaqların nəqliyyatla daşınması təşkil edilməlidir. Uzun illərin müşahidəsi göstərdi ki, bütün dərs ili boyu üç km-lik məsafəni gedib-gəlmək, xüsusilə ibtidai məktəblərin məzunu olan uşaqların sağlamlığına mənfi təsir edir. |
Ulu
öndərin 85 illiyinə həsr olunmuş futbol çempionatı Aprelin
18-də "Şəfa" stadionunda ümummilli lider
Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə
həsr olunmuş universitet tələbələri arasında
futbol üzrə I respublika çempionatının açılış
mərasimi keçirildi. Təhsil Nazirliyi və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının birgə təşkil etdikləri yarışda 32 komanda iştirak edir. Bayram əhval-ruhiyyəsi ilə stadiona toplaşan tələbələr maraqlı açılış mərasiminin şahidi oldular. öncə AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək bildirdi ki, ölkəmizdə futbolun inkişafı, kütləviliyinin artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın müddəalarına uyğun olaraq AFFA tərəfindən müxtəlif layihələr gerçəkləşdirilir. |
"Mədəniyyətlərarası təhsil və dini müxtəliflik" Aprelin
24-də "Abşeron" mehmanxanasının iclas
salonunda Təhsil Nazirliyi və Avropa Şurasının
birgə layihəsi əsasında milli konfrans keçirildi. Konfransın açılış
mərasimində təhsil nazirinin müavini Elmar Qasımov çıxış
edərək öncə qonaqları salamladı. Avropa Şurasının
ekspertlərini iştirakçılara təqdim edən nazir müavini
mövzunun əhəmiyyəti haqqında məlumat verdi
və qeyd etdi ki, məhz Avropa Şurasının 2008-ci
ili "Mədəniyyətlərarası dialoq ili"
elan etməsi dediklərimizə sübutdur. Son illər dini dözümlülük leksikonumuza daxil
olsa da, əslində min illərdir ki, xalqımız dini dözümlülük
şəraitində yaşayır. Fikrini iştirakçıların nəzərinə çatdıran nazir müavini qeyd etdi ki, Azərbaycanda heç vaxt millətlər və dinlər arasında problem olmamış, əksinə, digər məzhəb sahiblərinə hörmətlə yanaşılmışdır. |
Həmişə ürəklərdə yaşayan yazıçı, alim, pedaqoq Azərbaycan
Dillər Universitetində keçirilən yubiley
tədbirində görkəmli sənətkar belə xatırlandı Xalqı
dünyada tanıdan fiziki-təbii, maddi və mənəvi
dəyərləridir. Bunların sırasında
ədəbiyyat və incəsənət nümunələri,
sərhədsiz mənəvi dəyərlər öz kütləviliyi,
universallığı və obrazlı-estetik məzmunu
və təsir gücü ilə seçilir. Tarixi
minilliklərlə ölçülən Azərbaycan
ədəbiyyatı bütün dövr və
mərhələlərdə yaranmış söz
inciləri ilə dünya ədəbiyyatını
zənginləşdirmiş, dünya xalqlarının
dillərinə tərcümə olunaraq
ədəbi-mədəni əlaqələr üçün araşdırma
mövzusuna çevrilmişdir. YUNESKO-nun Azərbaycan ədəbiyyatı və mədəniyyəti nümayəndələrinin yubileylərini görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına daxil etməsi bu fikrin təsdiqidir. YUNESKO-nun həmin proqramı çərçivəsində 2008-2009-cu illərdə Mir Cəlal Paşayevin 100 illik yubileyinin keçirilməsi qərara alınmışdır. |
Aprelin
27-də onbirinciləri sonuncu sınaq gözləyir Buraxılış
imtahanlarını mərkəzləşdirilmiş qaydada
verəcək XI sinif şagirdləri iki gündən sonra
sonuncu yoxlama imtahanında öz qüvvələrini sınayacaqlar.
Sayca üçüncü olacaq bu yoxlama imtahanına nə kimi hazırlıq
işləri aparılıb? Hansı yeniliklər edilib?
Həmin suallarla Təhsil Nazirliyi Şagird
nailiyyətlərinin qiymətləndirilməsi şöbəsi
müdirinin müavini Təranə Hacıyevaya müraciət etdik.
T.Hacıyeva bildirdi ki, aprelin 27-də keçiriləcək mərkəzləşdirilmiş yoxlama imtahanlarına nəzarətçi qismində cəlb edilən müəllimlərlə təlimati işlər aparılıb. Bu məqsədlə həm Bakı şəhərində, həm də rayonlarda treninqlər təşkil olunub. Mətbuatda məlumat verildiyi kimi, Bakı şəhərində həmin treninqlər aprelin 5 və 12-də şənbə günləri keçirilib. ötən həftə isə analoji treninqlər Gəncə, Mingəçevir, Sumqayıt, Əli Bayramlı şəhərlərində, İmişli, İsmayıllı, Ucar rayonlarında təşkil olunub. |
Fəaliyyəti dayandırılmış "Loğman" tibb məktəbinin direktoru hökumət qərarına məhəl qoymaq istəmir... Söhbət Təhsil Nazirliyinin bu günlər qeyri-qanuni fəaliyyət göstərən təhsil müəssisələrində başladığı reyddən gedir. Nazirlik əməkdaşlarının KİV nümayəndələri ilə birlikdə ilk reydi "Loğman" Respublika Təsərrüfat Hesablı Tibb Məktəbindən başlandı. Nazirlər Kabinetinin bu məktəbin qeydiyyatını hələ keçən ildən ləğv etməsinə baxmayaraq, təhsil müəssisəsində dərslər keçilirdi. Nazirliyin əməkdaşlarını ümumi işlər üzrə direktor müavini Nizami Abdullayev qarşıladı. Bütün cəhdlərə, təkidlərə baxmayaraq, müavin heç kimi auditoriyalara buraxmayacağını bildirdi. Bundan sonra müəssisənin direktoru Rəmziyyə Abdullayeva ilə təcili telefon əlaqəsi yarandı. |
Qafqaz
Universitetində növbəti seminar Aprelin 23-də Qafqaz Universitetinin 2007-2008-ci
tədris ilində təşkil etdiyi aylıq seminarlar
silsiləsinin növbəti məşğələsi keçirilmişdir.
Ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə
həsr edilmiş seminarın məruzəçisi
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,
millət vəkili, əməkdar elm xadimi, Bakı Dövlət
Universitetinin rektoru, professor Abel Məhərrəmov idi. Seminar işinə başlamazdan öncə iştirakçılar məruzəçinin bioqrafiyası ilə tanış edildilər. Sonra Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç qısa açılış nitqi söylədi. çıxışında böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən söz açan Ahmet bəy 90-cı illərdə onun yerinə yetirdiyi xilaskarlıq missiyasını M.K.Atatürkün, 20-ci illərdəki xilaskarlıq missiyası ilə müqayisə etdi, hər iki lideri türk dünyasının böyük şəxsiyyəti kimi səciyyələndirdi. Rektor Heydər Əliyevin 85 illik yubileyinin ölkəmizdə geniş miqyasda və təntənə ilə qeyd olunmasını ulu öndərə ümumxalq məhəbbəti kimi dəyərləndirdi. A.Saniç BDU-nun rektoru, millət vəkili, akademik A.Məhərrəmovu universitetlərində görmələrindən məmnun olduğunu vurğulayaraq son illər BDU ilə Qafqaz Universiteti arasında işgüzar əlaqələr yarandığını diqqətə çatdırdı. |