![]() |
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
YUNESKO-nun
Baş direktoru regional konfransın yüksək
səviyyədə təşkilindən razılıq etdi
Konfransı Azərbaycan Respublikasının
təhsil naziri Misir Mərdanov açaraq qonaqları və KİV
nümayəndələrini salamladı. Nazir YUNESKO-nun
belə nüfuzlu tədbirinin Azərbaycanda ilk dəfə keçirildiyini
və cənab Koişiro Matsuuranın onda iştirakını
xüsusi qeyd edib, bunu ölkəmizə göstərilən etimad
kimi dəyərləndirdi. YUNESKO ilə Azərbaycan arasında
səmərəli əməkdaşlıq
əlaqələrinin mövcud olduğunu, nüfuzlu
beynəlxalq qurumun dəstəyi ilə ölkəmizin
təhsil sistemində bir sıra irimiqyaslı
layihələr həyata keçirildiyini vurğulayan Misir
Mərdanov buna misal olaraq ölkəmizdə inklüziv təlim
sahəsində görülən işləri, ali
məktəblərin bir neçəsində YUNESKO kafedralarının
fəaliyyət göstərməsini,
peşə təhsili
ilə bağlı
əldə olunmuş razılaşmanı qeyd etdi.
Nazir habelə müəllim fəaliyyətinin
lisenziyalaşdırılması, ixtisasartırma və
təkmilləşdirmədə yeni mexanizmlərin hazırlanması,
Azərbaycanın təhsil müəssisələrində
xarici dillərin tədrisinin yeni, müasir
tələblərə cavab verən mexanizmlərinin hazırlanması,
yeni monitorinq mexanizmlərinin işlənməsi
barədə birgə əməkdaşlıq etmək, peşə
təhsili sahəsində əməkdaşlığı
davam etdirmək xahişi ilə də YUNESKO-ya müraciət etmək fikrində olduqlarını
bildirdi. Mətbuat konfransında çıxış
edən YUNESKO-nun Baş direktoru cənab Koişiro Matsuura
regional konfransın yüksək səviyyədə təşkil
olunduğunu qeyd edib, onun savadlılıq və yaşlı
əhalinin təhsilinə münasibətdə ölkələrin
məlumatlılığının yüksəldilməsində,
yaşlıların təhsil və savadlılığın
təbliğində, savadlılıq və yaşlıların
təhsil sahəsində problemlərin müəyyənləşdirilib
müzakirə olunması və s.
məsələlərdə mühüm əhəmiyyət
kəsb etdiyini vurğuladı. Başçılıq etdiyi
təşkilatla Azərbaycanın sıx
əlaqələr qurmaq təşəbbüsünü, mövcud
əməkdaşlıq əlaqələrinin getdikcə
daha da inkişaf etməsini yüksək
qiymətləndirən beynəlxalq qurumun rəhbəri
YUNESKO-nun irəli sürdüyü bir sıra qlobal proqramlarda ölkəmizin
daha yaxından iştirakını zəruri saydı. Ali
qonaq çıxışının sonunda göstərilən
qonaqpərvərliyə görə Azərbaycan
tərəfinə minnətdarlığını bildirdi. Mətbuat konfransında cənab Koişiro
Matsuura və Misir Mərdanov jurnalistlərin suallarını
cavablandırdılar. Y.ƏLİYEV
|
![]() |
![]() |
![]() |
![]() |