|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Harvard Universitetinin professoru Cozef Nayı qəbul edib Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın
16-da ABŞ-ın Harvard Universitetinin professoru Cozef Nayı
qəbul etmişdir. ölkəmizə ilk dəfə səfər etdiyini deyən professor Cozef Nay bildirdi ki, səfərinin əsas məqsədi Azərbaycandakı proseslərlə yaxından tanış olmaq və ölkəmizlə bağlı daha geniş informasiya əldə etməkdir. O, Azərbaycanın ABŞ üçün əhəmiyyətli ölkə olduğunu, əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyini bildirdi. |
"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mayın 20-də Parisdə YUNESKO-nun xoşməramlı
səfirlərinin illik yığıncağı keçirilmişdir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva yığıncaqda
iştirak etmişdir. Mehriban Əliyevanı YUNESKO-nun
mənzil-qərargahında təşkilatın yüksək
vəzifəli şəxsləri səmimiyyətlə qarşıladılar.
Yığıncaqdan öncə xoşməramlı səfirlər dünyada savadlılığın dəstəklənməsi üzrə YUNESKO-nun regional konfransları silsiləsindən "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək" mövzusunda Bakıda keçirilmiş 5-ci regional konfransın yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür etdilər. Bildirildi ki, həmin konfrans mühüm hadisədir və regionda savadsızlığın aradan qaldırılmasında əhəmiyyətli rolu olacaqdır. |
Türkmənistan
Prezidenti Qurbanqulu Berdiməhəmmədova Bakı Dövlət
Universitetinin fəxri doktoru adı verilib Mayın 20-də Bakı Dövlət
Universitetində Türkmənistan Prezidenti Qurbanqulu
Berdiməhəmmədova BDU-nun fəxri doktoru adı
verilməsi münasibətilə mərasim keçirilmişdir. Universitetdə Türkmənistan Prezidentini
səmimi qarşıladılar, tələbələr ali
qonağa gül dəstəsi təqdim etdilər. Türkmənistan dövlətinin başçısı
əvvəlcə universitetdəki Heydər Əliyev Muzeyi
ilə tanış oldu. BDU-nun rektoru, AMEA-nın akademiki, Milli Məclisin deputatı Abel Məhərrəmov mərasimi açaraq, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun həyat və fəaliyyətinin əsas məqamlarından danışdı. Ali qonağa müsəlman Şərqində ilk dünyəvi ali məktəbin - Bakı Dövlət Universitetinin yaranma tarixi barədə məlumat verildi. |
Təhsil ocağının 80 illik yubileyi keçirildi
Mayın
19-da Azərbaycan Dövlət Filarmoniyasında Bakının
Səbail rayonundakı M.Rahim adına 7 nömrəli orta
məktəbin 80 illik yubileyi keçirildi. Foyedə şagird
və müəllimlərin işlərini canlandıran
stendlər, referatlar, noutbukdakı görüntülər
diqqəti cəlb edirdi. Tədbirdə təhsil naziri Misir
Mərdanov, Milli Məclisin sədr müavini Bahar Muradova,
Səbail Rayon İcra Hakimiyyətinin başçısı
Sahib Ələkbərov, məktəbin
məzunları və digər qonaqlar iştirak edirdilər. Məktəbin direktoru Gülnaz Mehdizadə təhsil ocağının pedaqoji kollektivi adından tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, əvvəllər "rus- tatar", sonra "gürcü-tatar" (Azərbaycan - red.) məktəbi adı ilə tanınan tədris ocağı uzun illər ingilis dili təmayüllü məktəb olmuşdur. |
Təhsil
naziri "DAEWOO" şirkətinin prezidenti ilə görüşüb
Mayın 19-da təhsil naziri Misir Mərdanov
Cənubi Koreya Respublikası "DAEWOO" şirkətinin
prezidenti cənab Younq-Von Kanqın başçılıq
etdiyi nümayəndə heyəti ilə görüşüb. öncə nazir qonaqları Təhsil
Nazirliyində görməkdən məmnunluq duyduğunu
bildirib və onları səmimi salamlayıb. Nazir
Cənubi Koreya Respublikası Baş nazirinin ölkəmizə
səfərinin uğurlu nəticələr
verəcəyini əminliklə vurğulayıb. Sonra Misir Mərdanov Cənubi Koreya ilə Azərbaycan arasında olan əlaqələrin sürətlə inkişafından və səmərəli əməkdaşlıqdan söz açıb. ötən ilin avqustunda "DAEWOO" şirkəti ilə Təhsil Nazirliyi arasında imzalanmış memoranduma əsasən ölkəmizdə Ali Texniki Peşə Təhsili Mərkəzinin yaradılması istiqamətində aparılan işləri qeyd edən nazir həmin təhsil ocağının açılmasının Azərbaycan üçün prioritet məsələ olduğunu vurğulayıb. |
Texniki
Peşə Təhsili Mərkəzinin layihəsi təqdim
olundu
Mayın 20-də Təhsil Nazirliyində
Cənubi Koreyanın beynəlxalq "DAEWOO" şirkəti
tərəfindən Azərbaycanda "Ali Texniki Peşə
Təhsili Mərkəzinin tikintisi" üzrə hazırlanmış
layihənin təqdimatı oldu. Təqdimat mərasimində təhsil naziri,
nazir müavinləri, nazirliyin struktur bölmə
rəhbərləri, Bakı şəhərinin peşə
liseyləri və peşə məktəblərinin
direktorları, "DAEWOO" şirkətinin bir qrup
təmsilçisi iştirak edirdilər. Mərasim açıq elan olunduqdan sonra "DAEWOO" şirkətinin
fəaliyyətindən, xüsusən də şirkətin peşə
təhsilinə dəstəyindən bəhs edən qısametrajlı
film nümayiş olundu. Daha sonra həmin şirkət tərəfindən Azərbaycanda tikiləcək Ali Texniki Peşə Təhsili Mərkəzi layihəsinin əsas parametrlərini əks etdirən film mərasim iştirakçılarına təqdim olundu. |
Qafqaz Universitetinin məzun gecəsi Bu
il Azərbaycanda fəaliyyətinin 15 ili tamam olan Qafqaz
Universiteti mayın 20-də Ş.Qurbanov adına Musiqili
Komediya Teatrında özünün 11-ci buraxılışına
həsr olunmuş məzun gecəsi keçirdi. Tədbirdə
təhsil naziri Misir Mərdanov, millət vəkilləri,
ziyalılar, Türkiyədən, Şimali Kipr Türk Cümhuriyyətindən,
Amerikadan qonaqlar, valideynlər iştirak edirdilər. Universitetin builki məzunlarının
qismətinə öz buraxılış bayramlarını
üç əlamətdar hadisə ilə bir vaxtda - ümummilli
liderimiz Heydər Əliyevin 85, Azərbaycan Demokratik Cümhuriyyətinin
90 illik yubileylərinin və təhsil aldıqları ali
məktəbin 15 illiyinin qeyd olunduğu
ərəfədə keçirmək xoşbəxtliyi düşmüşdü.
Məzun gecəsi də elə bu ildönümlərə
həsr olunmuşdu. Tədbirdə öncə türk dünyasının liderləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad olundu, Azərbaycan və Türkiyənin dövlət himnləri ifa edildi. |
Məktəb-liseyin yeni tədris korpusunun açılışı oldu Mayın
21-də Bakı şəhərindəki "Ankara
məktəbi" məktəb-liseyin yeni tədris
korpusunun açılış mərasimi oldu. Mərasimdə təhsil naziri Misir
Mərdanov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı
Abdin Fərzəliyev, Türkiyənin ölkəmizdəki
səfirliyinin təhsil məsələləri üzrə müşaviri
Səlahəddin Dikmən, KİV nümayəndələri
və başqaları iştirak edirdilər. Məktəbin həyətinə toplaşmış
şagirdlər qonaqları gül-çiçəklə qarşıladılar. Azərbaycan Respublikasının Dövlət
himni səsləndikdən sonra
məktəblilər ümummilli lider Heydər Əliyevə
həsr olunmuş şeirlər söylədilər. çıxış üçün söz təhsil naziri Misir Mərdanova verildi. Nazir təhsil ocağının yeni tədris korpusunun açılışının əlamətdar bir hadisə olduğunu deyərək məktəbin pedaqoji və şagird kollektivlərini bu münasibətlə təbrik etdi. Misir Mərdanov qeyd etdi ki, 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunan "Ankara məktəbi" məktəb-liseyi ən müasir avadanlıqlarla tam təchiz edilib. |
Respublika
fənn olimpiadalarının qalibləri mükafatlandırıldı
Mayın
22-də Təhsil Nazirliyində respublika fənn olimpiadaları
qaliblərinin mükafatlandırılması mərasimi keçirildi Tədbirdə
təhsil naziri Misir Mərdanov, nazir müavinləri İsgəndər
İsgəndərov, Elmar Qasımov, İradə Hüseynova,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdiri Nailə Rzaquliyeva, Azərbaycan -Türkiyə özəl
Liseyləri Baş İdarəsinin rəisi
Adəm önal, fənn olimpiadalarına münsiflik etmiş
respublikanın tanınmış alimləri, şagirdləri
bilik yarışında yer tutan məktəblərin
direktorları iştirak edirdilər. |
Azərbaycanda
müasir Avropa tipli ilk musiqi təhsili ocağinin 110 illik
yubileyi qeyd edilmişdir
Avropa notlu musiqi təhsili Cənubi Qafqazda və Yaxın Şərqdə məhz Azərbaycandan başlayır AzərTAc xəbər verir ki, mayın
21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
Azərbaycan Milli Konservatoriyasının nəzdində
Musiqi Kollecinin (keçmiş Asəf Zeynallı adına musiqi
məktəbi) yaradılmasının 110 illik yubileyi qeyd
edilmişdir. Kollecin direktoru, əməkdar
incəsənət xadimi, professor Nazim Kazımov
əlamətdar hadisə münasibətilə həmkarlarını
təbrik etmiş, ölkəmizin musiqi həyatında qocaman
musiqi təhsili ocağının xidmətlərindən
danışmış, onun ötən illərdəki
fəaliyyətinin bəzi məqamlarından söz açmışdır. |
Adi bir may səhəri idi. Ancaq bu,
paytaxtdakı 53 nömrəli orta məktəbin I "J"
sinif şagirdləri üçün heç də adi gün deyildi.
Həmin gün onlar "Əlifba"nı
bitirmələrini bayram edirdilər. Birincilər həm
də bu vaxta qədər aldıqları biliklərin
hesabatını verəcəkdilər. Tədbiri
məktəbin direktoru Firəngiz Həsənova açaraq
bayram münasıbətilə sinif müəllimi Günay Novruzovanı,
şagirdləri, valideynləri və qonaqları təbrik
etdi.
Sonra aparıcı VI "D" sinif şagirdi N.Bəyim sözü birincilərə verdi. Onlar Azərbaycan Respublikasının Dövlət himnini ifa etdilər. Səhnəyə "Əlifba" ilə "Oxu" gəldi. Hərflər sıraya düzüldü. Məhyəddin, Merac, Həmidə, Sülhanə, Nəzrin, Sahib, Məhəmməd hərflərə aid şeirlər söylədilər, "Kiçik sənət sahibləri" səhnəciyini göstərdilər. Sonra rəqəmlərin dialoqu başlandı. |