|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan təhsilinin inkişafındakı
xidmətlərinə görə aşağıdakı
təhsil işçilərinə "Azərbaycan Respublikasının
əməkdar müəllimi" fəxri adı verilsin:
Kanevskaya Lyudmila Borisovna Məmmədova Məhbubə Ərzuman qızı
Rəsulov Şəfaqət Həbib oğlu
Zeyniyeva Sara Camal qızı İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyul 2008-ci il |
"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Macarıstan Baş nazirinin xanımı ilə görüşüb AzərTAc xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Macarıstanın Baş naziri Ferents Dyurçanın xanımı Klara Dobrev ilə görüşmüşdür. |
Dövlət Proqramının həyata keçirilməsi istiqamətində mühüm tədbirlər görülür Məlum olduğu kimi, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
2008-ci il 10 iyun tarixli Sərəncamı ilə
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında
təhsil sisteminin informasiyalaşdırılması üzrə
Dövlət Proqramı" təsdiq olunub. Əsas məqsədi müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi olan bu mühüm sənədin qəbulundan bir ay ötür. Təhsil Nazirliyindən aldığımız məlumata görə, artıq Proqramın həyata keçirilməsi istiqamətində bir sıra addımlar atılıb. Belə ki, təsdiq edilmiş Proqramın yüksək keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə Prezidentin sözügedən Sərəncamından 9 gün sonra - iyunun 19-da Nazirlər Kabineti Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yaradılması haqqında qərar qəbul edib. Qərarın icrası ilə bağlı Təhsil Nazirliyinin də əmri olub və idarə yaradılıb. Yeni idarə üçün artıq yer də ayrılıb və onun rəhbərliyinə qurumun strukturunu, nizamnaməsini hazırlamaq tapşırılıb. |
Texniki peşə təhsilinə dair müşavirə İyulun 9-da Təhsil Nazirliyində "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın yerinə yetirilməsi vəziyyətinin müzakirəsinə həsr olunmuş müşavirə keçirildi. Müşavirəni təhsil naziri Misir Mərdanov açaraq sosial-iqtisadi inkişafın təmin olunmasında aparıcı rol oynayan texniki peşə təhsilinə son illər ölkəmizdə diqqətin artdığını, onun təhsil sisteminin prioritet istiqamətinə çevrildiyini bildirdi. ölkə Prezidenti İlham Əliyevin 3 iyul 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nı bu baxımdan yüksək dəyərləndirən nazir texniki peşə təhsilinin mövcud vəziyyəti, bu sahədəki problemlər və görüləcək işlərin əsas istiqamətləri barədə öz fikir və qənaətlərini tədbir iştirakçılarına çatdırdı. |
ADU-da unudulmaz bir gün yaşandı İyulun 4-də Azərbaycan Dillər Universitetində məzunların buraxılış gecəsi keçirildi. Tədbirin aparıcıları hamımıza əziz olan tələbəlik illəri ilə bağlı şirin xatirələri, o gözəl günləri bir daha yada saldılar. Onlar yüksək təhsil almalarında əməyi olan professor-müəllim heyətinə minnətdarlıq etdilər. Sonra ali təhsil ocağının
tədris işləri üzrə prorektoru, dosent Natiq Yusifov bütün
məzunları təbrik edərək onlara universitet
rəhbərliyinin ən xoş arzularını çatdırdı.
Bildirdi ki, bu il
universitetin bakalavr pilləsini 984, magistratura pilləsini 134
gənc başa vurub. Son illər ölkəmizin ali təhsil
sahəsində mühüm dəyişiklikərin getdiyini qeyd
edən Natiq müəllim
konkret olaraq Azərbaycan Dillər Universitetində
tətbiq olunan yeniliklərdən, həyata keçirilən
tədbirlərdən söz açdı. |