|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Dövlət Proqramının həyata keçirilməsi istiqamətində mühüm tədbirlər görülür Məlum olduğu kimi, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
2008-ci il 10 iyun tarixli Sərəncamı ilə
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında
təhsil sisteminin informasiyalaşdırılması üzrə
Dövlət Proqramı" təsdiq olunub. Əsas məqsədi müasir informasiya və
kommunikasiya texnologiyalarının səmərəli
tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil
mühitinin formalaşdırılması və bu
zəmində əhalinin bütün təbəqələri
üçün keyfiyyətli təhsil almaq imkanlarının
təmin edilməsi olan bu mühüm sənədin qəbulundan
bir ay ötür. Təhsil Nazirliyindən aldığımız
məlumata görə, artıq Proqramın həyata keçirilməsi
istiqamətində bir sıra addımlar atılıb.
Belə ki, təsdiq edilmiş Proqramın yüksək
keyfiyyətlə həyata keçirilməsi məqsədi
ilə Prezidentin sözügedən Sərəncamından 9 gün
sonra - iyunun 19-da Nazirlər Kabineti Azərbaycan Respublikası
Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı
Təhsil Sisteminin İnformasiyalaşdırılması
İdarəsinin yaradılması haqqında qərar
qəbul edib. Qərarın icrası ilə bağlı
Təhsil Nazirliyinin də əmri olub və idarə yaradılıb.
Yeni idarə üçün artıq yer də ayrılıb və
onun rəhbərliyinə qurumun strukturunu, nizamnaməsini
hazırlamaq tapşırılıb. Yeni idarənin tərkibində Dövlət
Proqramındakı istiqamətlərə uyğun 5 şöbə
nəzərdə tutulub. Bunlar texniki xidmət və
ekspertiza; elektron və veb məzmunun inkişafı; kadr
hazırlığı; telekommunikasiya; nəzarət,
monitorinq və qiymətləndirmə şöbələridir. Texniki xidmət və ekspertiza şöbəsi
məktəblərə verilən avadanlıqlarla bağlı
işlərə baxacaq. Elektron avadanlıqlarda nasazlıqlar,
onların təmiri ilə bağlı yerlərdən
edilən müraciətlər əsasında təhsil müəssisələri
ilə onları İKT avadanlıqları ilə təmin
etmiş şirkətlərin işini
əlaqələndirəcək. Elektron və veb məzmunun inkişafı
şöbəsi, əvvəlki proqramda da nəzərdə
tutulduğu kimi, bütün fənlər üzrə müasir elektron
elmi-metodiki vəsaitlər kompleksinin işlənib hazırlanması
və yayılması, elektron təhsil resursları bazasının
yaradılması, distant təhsil və s.
məsələlərlə məşğul olacaq. Kadr hazırlığı şöbəsi müəllimlərin
İKT savadlılığının artırılması,
treninqlərin keçirilməsi, bölgələrdə
təhsil müəssisələrinin İKT üzrə kadr
təminatının yaxşılaşdırılması
istiqamətində öz fəaliyyətini həyata keçirəcək.
Telekommunikasiya şöbəsi Dövlət
Proqramında prioritet məsələ kimi
nəzərdə tutulmuş şəbəkə
infrastrukturunun yaradılması, İnternet xidmətinin işlənilməsi
və İnternet şəbəkəsinə çıxışın
təmin olunması və s. məsələlərə
baxacaq. Nəzarət, monitorinq və
qiymətləndirmə şöbəsi isə, adından da
göründüyü kimi, nəzarət, monitorinq və
qiymətləndirmə ilə məşğul olacaq, müvafiq
istiqamətlərdə tədbirlər həyata keçirəcək. Təhsil nazirinin başqa bir əmri ilə
nazirliyin müvafiq qurumlarına iki həftə müddətində
Dövlət Proqramından irəli gələn
məsələlərlə bağlı tədbirlər
planının hazırlanması tapşırılıb. Y.ƏLİYEV
|