|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər
Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2008-ci ildə Azərbaycanın görkəmli
filosof alimi, SSRİ Dövlət mükafatı laureatı,
akademik Heydər Nəcəf oğlu Hüseynovun anadan olmasının
100 ili tamam olur. Azərbaycan Elmlər Akademiyasının ilk akademiklərindən biri kimi Heydər Hüseynovun ölkəmizdə ictimai və humanitar elmlərin, xüsusilə fəlsəfənin inkişafında müstəsna rolu vardır. Milli mədəniyyətimizin böyük nümayəndələrinin fəlsəfi irsini sistemli araşdıran alim xalqımızın fəlsəfi fikir tarixinin başlıca təkamül mərhələlərini müəyyənləşdirmişdir. O, özünün zəngin fəaliyyəti ilə ictimai-siyasi fikrin öyrənilməsinə istiqamət verərək bu sahədə yeni tədqiqatların vüsət almasına əlverişli zəmin hazırlamışdır.
|
"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tahir Salahovun 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2008-ci ilin noyabr ayında görkəmli
Azərbaycan rəssamı, Sosialist Əməyi
Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları
laureatı, SSRİ xalq rəssamı Tahir Teymur oğlu
Salahovun anadan olmasının 80 ili tamam olur. Tahir Salahov parlaq ənənələrə malik müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindəndir. Onun mövzu və janr zənginliyi, bədii forma əlvanlığı və estetik kamilliyi ilə seçilən rəsm əsərləri milli sənət xəzinəmizin qızıl fonduna daxil olmuşdur. Yaratdığı tablolardan ibarət sərgilər rəssama ölkəmizin hüdudlarından uzaqlarda da şöhrət qazandırmışdır. Sənətkarın dünyanın mötəbər muzeylərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılan əsərləri Azərbaycan mədəniyyətinin geniş təbliğində mühüm əhəmiyyət kəsb edir. Tahir Salahov öz pedaqoji fəaliyyəti və təşkilatçılıq bacarığı ilə gənc rəssamlar nəslinin yetişdirilməsinə və milli rəssamlığın inkişafına sanballı töhfələr vermişdir. |
Təlim-seminar keçmiş müəllimlərə sertifikatlar verildi İyulun 11-də "Park İNN - Azərbaycan" otelində Təhsil Nazirliyi ilə "British Council" təşkilatının birgə həyata keçirdikləri "İngilis dilinin intensiv tədrisi layihəsi" üzrə təlim-seminar keçmiş bir qrup müəllimə sertifikatların təqdim olunması mərasimi oldu. Tədbirdə təhsil naziri Misir
Mərdanov, "British Council"ın Azərbaycandakı
direktoru xanım Nikol lə Os de Lalüvye, Təhsil
Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların
idarəolunması şöbəsinin müdiri Fərzəli
Qədirov, paytaxtın bir sıra ümumtəhsil
məktəblərinin direktorları, təlim-seminar keçmiş
müəllimlər və
başqaları iştirak edirdilər. Məlumat üçün bildirək ki, ingilis dili dərslərini daha maraqlı və müasir etmək üçün "British Council" Təhsil Nazirliyi ilə birgə Azərbaycan müəllimləri üçün yeni və dinamik ingilis dili təlim kursu hazırlayıb. Yeni olan bu təşəbbüs müasir təlim metodlarını təqdim etməklə paytaxtın ən aparıcı 60-a yaxın ingilis dili müəlliminin səviyyəsinin təkmilləşdirilməsini nəzərdə tutur. |
Xaricdə təhsil üzrə Dövlət Proqramının icra vəziyyəti müzakirə olundu İyulun
12-də Təhsil Nazirliyində "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı"nın icrası
ilə bağlı təqdimat keçirilib. Təhsil
Nazirliyinin şöbə müdirlərinin, bir sıra ölkələrin
tərəfdaş qurumlarının nümayəndələrinin
və KİV əməkdaşlarının iştirak
etdikləri tədbirdə təhsil naziri Misir Mərdanov
təqdimatın sözügedən Dövlət Proqramının
bu günlərdə işə düşmüş icra mexanizmi
haqqında KİV-ə və ölkə
ictimaiyyətinə məlumat vermək məqsədi
daşıdığını bildirdi. Nazir qeyd etdi ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu il iyunun 3-də Dövlət Proqramının icrasını təmin etmək məqsədi ilə "Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları"nı təsdiq edib. |
Təhsil
naziri İordaniya Krallığının ölkəmizdəki
səfiri ilə görüşüb İyulun 16-da təhsil naziri Misir
Mərdanov İordaniya Krallığının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri cənab
Adel Adailehlə görüşüb. Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edən Misir Mərdanov öncə Azərbaycanla İordaniya arasında mövcud olan əlaqələrin son illər daha da inkişaf etdiyini qeyd edib. Nazir İordaniya ilə təhsil əlaqələrinin genişləndirilməsində ölkəmizin maraqlı olduğunu açıqlayıb, habelə cari ilin əvvəlində Bakıda səfərdə olan iordaniyalı qonaqlarla keçirilən səmərəli görüş barədə məlumat verib. Görüşdə həmçinin İordaniyanın orta məktəblərində İKT-nin tətbiqi üzrə təcrübənin öyrənilməsi, iki ölkə arasında "Qardaşlaşmış məktəblər" layihəsinin reallaşdırılması, müəllim, tələbə və şagird mübadiləsinin, birgə elmi-tədqiqatların aparılması, ali və peşə təhsili sahəsi üzrə əlaqələrin genişləndirilməsi, Bakının bir orta məktəbində ərəb dilinin tədrisi və digər məsələlər müzakirə edilib. |