|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Milli Mətbuat Günü münasibətilə jurnalistlər mükafatlandırıldı Qəzetimizin
əməkdaşı da mükafat alanlar sırasındadır Təhsil
Nazirliyi iyulun 18-də 22 iyul - Milli Mətbuat Gününə
həsr olunmuş mərasim keçirdi. Mərasimə ölkənin
tanınmış jurnalistləri və media qurumlarının
nümayəndələri dəvət edilmişdilər. Təhsil naziri Misir Mərdanov mərasimi
giriş sözü ilə açaraq media mənsublarını
peşə bayramları münasibətilə təbrik
etdi, onlara yaradıcılıq uğurları arzuladı.
Nazir hazırda təhsil
sahəsində aparılan islahatların, Təhsil
Nazirliyinin həyata keçirdiyi tədbirlərin ölkə ictimaiyyəti
tərəfindən müsbət qarşılandığını
bildirdi. Qeyd etdi ki, görülən işlər haqqında
ictimaiyyətin operativ olaraq məlumatlandırılmasında
KİV nümayəndələri mühüm rol oynayır.
Təhsil Nazirliyi həyata keçirdiyi tədbirlərdə
media işçilərinin iştirakına böyük önəm
verərək onlarla sıx əməkdaşlıq edir. Son illər Azərbaycan təhsilinin uğurla
inkişaf etdiyini deyən
nazir Misir
Mərdanov bu inkişafın miqyasları haqqında
təsəvvür yaradan bəzi faktlar
və rəqəmləri diqqətə çatdırdı.
Təhsil naziri dövlət başçısı cənab İlham
Əliyev tərəfindən təhsilə göstərilən
diqqət və qayğını yüksək
qiymətləndirdi. Təhsilin
inkişafı istiqamətində
görülən işlərdən, təhsilimizin yeniləşməsinə,
müasirləşməsinə xidmət edən irimiqyaslı
tədbirlərdən danışdı. Azərbaycan mətbuatının,
jurnalistikasının inkişaf etdiyini, təkmilləşdiyini
deyən nazir, milli mətbuatımızın
tarixində özünəməxsus rolu və yeri olan tanınmış
yazıçı və pedaqoqlarımızdan, dövrünün görkəmli
ziyalılarından bəhs etdi, vaxtilə onların xalqımızın
maariflənməsi, təhsil
alması naminə gördüyü işləri xatırlatdı.
Cəmiyyətimizin
prioritet sahəsi sayılan
təhsilə hər zaman marağın yüksək olduğunu
qeyd edən nazir Misir Mərdanov
təhsildə baş verən
yeniliklərin, həyata keçirilən
tədbirlərin KİV nümayəndələrinin daim
diqqətdə saxlamasını təqdirəlayiq hal kimi
dəyərləndirdi. Təhsil Nazirliyi ilə
media işçiləri arasındakı
səmərəli əməkdaşlığın bundan
sonra da davam etdiriləcəyinə ümidvar olduğunu söylədi.
çıxışının sonunda bir daha bütün
jurnalistləri peşə bayramı münasibətilə
təbrik edən təhsil naziri
onlara ən xoş arzularını çatdırdı. Sonra nazir Misir
Mərdanov tərəfindən təhsil
sahəsində görülən işləri obyektiv və peşəkarlıqla
işıqlandıran bir qrup
kütləvi informasiya vasitələri
nümayəndəsinə Təhsil Nazirliyinin Fəxri
fərmanı və mükafatları
təqdim olundu. Qeyd edək ki, mükafatlandırılanlar
sırasında "Azərbaycan müəllimi"
qəzetinin müxbiri Samirə Kərimova da vardır. Mərasimdə Mətbuat Şurasının
sədri Əflatun Amaşov, Respublika Təhsil Şurasının
sədri, professor Əjdər
Ağayev, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov,
BDU-nun kafedra müdiri, professor
Cahangir Məmmədli, BSU-nun rektoru, professor Kamal Abdullayev
çıxış edərək
Təhsil Nazirliyi
tərəfindən hər il Milli Mətbuat Günündə bu
qurumla yaxından əməkdaşlıq edən
media işçilərini bir araya gətirərək mükafatlandırılmasını
müsbət hal kimi qiymətləndirdilər. Bu
tədbirin artıq bir ənənəyə çevrildiyini
bildirdilər. Qeyd etdilər ki, son illər Azərbaycan
təhsili uğurla inkişaf edir, bu sahədə müsbət
nəticələr əldə olunmaqdadır.
çıxışlarda həmçinin
nazir Misir
Mərdanov tərəfindən
hər zaman media işçilərinə səmimi münasibət
bəsləndiyi xüsusi vurğulandı. Bildirildi
ki, Təhsil Nazirliyi
jurnalistləri maraqlandıran istənilən
informasiya ilə təmin olunmasına imkan yaradan qurumlardan
biridir. Jurnalistlər adından bunun üçün təhsil naziri
Misir Mərdanova təşəkkür edildi.
"Azərbaycan müəllimi"
|