|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Bizim
məktəblərimiz millidir. Bilirsiniz ki, mən son
vaxtlar Azərbaycanın dövlət dili, ana dili,
Azərbaycan dili haqqında bir çox fərmanlar vermişəm.
Azərbaycanın latın əlifbasına, latın
qrafikasına keçməsi haqqında fərman vermişəm.
Bu, artıq avqust ayının 1-dən tətbiq olunubdur.
çox məmnunam ki, mən buna nail oldum. çünki
bəziləri etiraz edirdilər ki, qısa müddətdə
buna nail olmaq olmaz. Amma oldu. Bütün dövlət orqanlarında,
hakimiyyət orqanlarında, təkcə dövlət,
hakimiyyət orqanlarında yox, təhsildə,
səhiyyədə, biznes sahəsində, hər yerdə
Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili
hakim olmalıdır. Heydər ƏLİYEV
|
"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikasının idmançılarını
və onların məşqçilərini çin Xalq Respublikasının
paytaxtı Pekin şəhərində keçirilən XXIX Yay
Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə
həvəsləndirmək məqsədi ilə qərara
alıram: 1. XXIX Yay Olimpiya Oyunlarında ən yüksək
nəticələrə görə Azərbaycan Respublikasının
idmançıları və onların məşqçiləri
üçün mükafatların məbləği aşağıdakı
qaydada müəyyən edilsin: - birinci yeri tutan hər bir idmançıya 400
min manat, onun məşqçisinə isə 200 min manat; - ikinci yeri tutan hər bir idmançıya 200
min manat, onun məşqçisinə isə 100 min manat; - üçüncü yeri tutan hər bir idmançıya
100 min manat, onun məşqçisinə isə 50 min manat. 2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin. Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyul 2008-ci il
|
Azərbaycan Prezidenti Qars Qafqaz Universitetindəki Heydər Əliyev Tədris Mərkəzində olub Azərbaycan
Prezidenti İlham Əliyev iyulun 24-də Qars Qafqaz
Universitetindəki Heydər Əliyev Tədris
Mərkəzi ilə tanış olmuşdur. Heydər Əliyev Fondunun dəstəyi
ilə 2007-ci ilin noyabrında açılmış
mərkəz vaxtilə ulu öndərin fəxri doktoru adına
layiq görüldüyü Qars Qafqaz Universitetinin Azərbaycan dili
və ədəbiyyatı fakültəsinin
tələbələri üçün tədris bazası rolunu
oynayır. Heydər Əliyev Fondu mərkəzi əyani
vəsaitlərlə təmin etmişdir. Burada ümummilli
lider Heydər Əliyevin fəaliyyətini, ulu öndərin
Türkiyəyə, eləcə də Qarsa
səfərlərini əks etdirən fotoguşə yaradılmışdır.
Tədris mərkəzində Azərbaycanın tarixinə, ədəbiyyatına dair nəşrlərdən ibarət zəngin kitabxana, oxu və kompüter salonları fəaliyyət göstərir. |
AzərTAc-ın xüsusi müxbiri
xəbər verir ki, məşhur Rusiya Dövlət Kitabxanası
(keçmiş Lenin adına kitabxana) Heydər Əliyev Fondunun
nəşr etdirdiyi Azərbaycan kitabları ilə
zənginləşmişdir. Fondun Rusiya Federasiyasındakı
nümayəndəliyinin rəhbəri Leyla Əliyeva
kitabxanaya Azərbaycan dilində kitablar hədiyyə etmişdir.
Bu kitablar Şərq ədəbiyyatı salonundakı xüsusi
Azərbaycan nəşrləri sərgisinə
əlavə olunmuşdur. Leyla Əliyevaya səmimi təşəkkürünü bildirən Rusiya Dövlət Kitabxanasının direktoru Viktor Fyodorov demişdir ki, bu, çox fərəhli hadisədir və şübhəsiz, iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacaqdır. |
1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür Bizim dilimiz milli mənəvi
sərvətimizdir. Tarix boyu Azərbaycan xalqı var olduqca
dilimiz də özünün təkamül dövrünü yaşamış,
müxtəlif zamanlarda müəyyən çətinliklərə
məruz qalmışdır. Təbii ki, dilin mükəmməl
bir formada təzahür etməsində, tanınmasında onun
əlifbası mühüm rol oynayır. Dünya xalqlarına
əlifba adlı mənəvi neməti
əslində şumerlər
bəxş ediblər. İslamiyyətə qədər də, islamiyyətdən sonra da Azərbaycan ərazisi və xalqı türk dünyasının tən ortasında yerləşib və onun ayrılmaz hissəsi olub. Azərbaycan xalqının tarixini hər mənada bu dünyadan ayrı, təcrid edilmiş halda düşünmək olmaz. Bu torpaqda Azərbaycan-türk yazı mədəniyyətinin qədim tarixi vardır. Onu da təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın uzun illər imperiyaların istilaçılıq siyasətinə məruz qalması xalqımızın dili və yazı mədəniyyətinin formalaşmasına olduqca mənfi təsir göstərmişdir. |