|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Azərbaycan Prezidenti İlham Əliyev İslam ölkələrinin ali təhsil və elm nazirlərinin Bakıda keçirilən IV konfransının iştirakçılarını qəbul edib Görüşdə Prezident İlham Əliyev Azərbaycanda təhsilin səviyyəsinin artdığını və bu sahənin dövlət siyasətində əsas prioritet kimi götürüldüyünü bildirib Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
6-da İslam ölkələrinin ali təhsil və elm
nazirlərinin Bakıda keçirilən IV konfransının iştirakçılarını
qəbul etmişdir. Prezident İlham ƏLİYEV qonaqlara müraciətlə
dedi: - Mən Sizin hamınızı
Azərbaycanda salamlamaq istəyirəm. çox şadam ki,
burada əyləşənlərin ölkəmizə
səfər etmək imkanı olubdur. Sizlərdən
bəziləri burada artıq olublar, lakin konfrans iştirakçılarının
bir çoxu Azərbaycana ilk dəfə səfər
edirlər. |
İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransının iştirakçılarına Hörmətli konfrans iştirakçıları! Sizi - İslam ölkələrinin ali
təhsil və elm nazirlərinin IV konfransının iştirakçılarını
Azərbaycanın paytaxtı Bakı şəhərində ürəkdən
salamlayıram, konfransınızın işinə uğurlar
diləyir, hər birinizə ən xoş arzularımı
yetirirəm. İslam ölkələri ilə
hərtərəfli əməkdaşlıq müstəqil
Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası
yolunda əsas istiqamətlərdən birini təşkil edir.
Son illər İslam Konfransı Təşkilatı və İslam
Elm, Təhsil və Mədəniyyət Təşkilatı
ilə əlaqələrimizin daha da genişlənməsi bu münasibətlərin
qarşılıqlı faydalı zəmində qurulmasından
xəbər verir, xalqlarımızın təhsil və elm
sahələrində gələcək inkişafına
xidmət edir. Müasir dünyanın qlobal inkişaf
meyilləri dövlətlərin və cəmiyyətlərin
sosial-iqtisadi həyatında təhsilin, elmin və yeni
texnologiyaların əvəzsiz rol oynadığını aydın
göstərir. İnkişafı təmin edən intellektual
potensialın artırılması naminə təhsildə
və elmdə qazanılmış qabaqcıl təcrübələrin
öyrənilməsi, mübadiləsi və tətbiqi
istiqamətində bütün birgə səylər yüksək
qiymətləndirilməlidir. ümidvaram ki, konfransınızda
İslam ölkələrində elm, texnologiya və innovasiya
strategiyası, biliklərə əsaslanan iqtisadiyyatın
qurulması və ali təhsil sahəsində əməkdaşlığa
dair problemlərin müzakirəsi təqdirəlayiq amil olaraq öz
səmərəsini verəcəkdir. Son illər Azərbaycan sosial-iqtisadi inkişaf yolunda ciddi uğurlar əldə etmişdir. Bütün bunlar ölkəmizin təbii resurslarından məqsədyönlü istifadə olunmasına yönəlmiş iqtisadi siyasətin nəticəsidir. Sevindirici haldır ki, həmin islahatlar, eləcə də yerli və beynəlxalq əhəmiyyətli iri layihələr peşəkar milli kadrların bilik və bacarıqları sayəsində müvəffəqiyyətlə həyata keçirilmişdir.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Heydər Əliyev adına park sakinlərin sevimli istirahət yeridir Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkda Şirvan şəhərinin bir qrup təhsil işçisi ilə görüşdülər Prezident
İlham Əliyev oktyabrın 4-də Şirvan şəhərində
ulu öndərin adını daşıyan parkla tanış
olmuşdur. Bu park şəhər sakinlərinin ən
sevimli istirahət guşələrindən biridir. Buradakı
oturacaqlar yeniləşdirilmiş, müasir işıqlandırma
sistemi quraşdırılmışdır.
Fəvvarələr, şəlalə isə parka xüsusi gözəllik
verir. Bir sözlə, burada Şirvan sakinlərinin asudə
vaxtlarını səmərəli keçirməsi üçün yaxşı
şərait yaradılmışdır. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkda şəhərin bir qrup təhsil işçisi ilə görüşdülər. |
Mehriban
ƏLİYEVA: "Heydər Əliyev Fondu yaradılan ilk
gündən təhsilə diqqəti öz fəaliyyətinin
ən prioritet istiqaməti kimi elan edibdir" İslam
ölkələrinin ali təhsil və elm nazirlərinin Bakıda
keçirilən IV konfransının iştirakçılarının
bir qrupu oktyabrın 6-da Heydər Əliyev Fondunda olmuşdur. Qonaqlara ümummilli lider Heydər Əliyevin
xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış
Fondun məqsədləri barədə məlumat verildi. Konfrans iştirakçıları ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə maraqla tamaşa etdilər. |
Moskva Dövlət Universiteti Bakı filialının təntənəli açılışı olub Oktyabrın 4-də Bakıda yağış
yağırdı, lakin bu təbiət hadisəsi
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının
açılışına toplaşan insanların bayram
əhvali-ruhiyyəsinə təsir etməmişdi. Təntənəli mərasimə gəlmiş
çoxsaylı qonaqlar, o cümlədən respublika hökumətinin
üzvləri, Milli Məclisin deputatları, diplomatlar,
Azərbaycanın aparıcı ali məktəblərinin
rektorları, ictimaiyyətin nümayəndələri,
Moskvadan təşrif buyurmuş professor-müəllim
heyətinin üzvləri və nəhayət, filialın ilk
tələbələri olan gənc bakılılar ölkəmizdə
təhsil sisteminin tarixində bu əlamətdar hadisə münasibətilə
sevinclərini gizlətmirdilər. Filialın binasının girəcəyində qonaqları qarşılayan Azərbaycan Nəfəsli Alətlər Orkestrinin ifasında musiqi nömrələri bu mərasimə xüsusi ovqat bəxş edirdi. |
Bakıda
İslam ölkələrinin ali təhsil və elm
nazirlərinin IV konfransı keçirildi Oktyabrın
6-da "Gülüstan" sarayında
İslam ölkələrinin ali təhsil və elm
nazirlərinin "Elmdə gənc alimlərin gücü
ilə dəyişikliklərə nail olunması" mövzusunda
IV konfransı başlandı. Konfransdan əvvəl tədbir iştirakçıları
Fəxri xiyabana gələrək ümummilli lider Heydər
Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı
önünə əklil qoydular. İştirakçılar görkəmli
oftalmoloq- alim, akademik Zərifə xanım Əliyevanın
da məzarını ziyarət etdilər. Konfrans iştirakçıları
daha sonra Şəhidlər xiyabanına gedərək
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü
uğrunda şəhid olanların xatirəsini andılar,
məzarları üzərinə qərənfillər düzdülər.
Sonra konfrans "Gülüstan" sarayında öz
işinə başladı. |