|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Azərbaycan
Respublikası adından
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən),
S.Salmanova (məruzəçi-hakim), F.Babayev, S.Həsənova,
B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim),
E.Məmmədov, İ.Nəcəfov və Ə.Sultanovdan
ibarət tərkibdə, məhkəmə katibi İ.İsmayılovun,
maraqlı
subyekt Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının sədri M.Pənahovun, sədr müavini
S.Qasımovanın, katibi N.Məmmədovun, üzvləri R.İbrahimovun,
V.Kazımovanın, Q.Orucovun, T.Həsənovun, İ.Məmmədovun,
N.Nadirovun, A.Tağıyevin, T.Cəfərovanın, R.İsmayılovun,
A.Qurbanovun, A.Qəhramanlının, O.Hümbətlinin, ekspertlər Bakı Dövlət Universiteti hüquq fakültəsinin konstitusiya hüququ kafedrasının baş müəllimi E.Nəsirovun və həmin kafedranın müəllimi F.Məhərrəmovun, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları U.Həmidovanın və N.Quliyevanın iştirakı ilə Azərbaycan Respublikası Konstitusiyasının
102-ci maddəsinə və 130-cu maddəsinin VIII
hissəsinə müvafiq olaraq Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar
üzrə 2008-ci il oktyabrın 15-də keçirilmiş
Azərbaycan Respublikası Prezidenti seçkilərinin
nəticələrinə dair xüsusi konstitusiya icraatı
qaydasında konstitusiya işinə baxdı.
|
Azərbaycan Prezidentinin saytında məktəblilər üçün bölmə açılmışdır Azərbaycan Prezidenti İlham Əliyevin
saytında məktəblilər üçün nəzərdə tutulan
mektebli.president.az bölməsi açılmışdır. Bu
səhifə öz formatına görə hətta kiçikyaşlı
məktəblilərin də asan istifadə edə bilməsi
nəzərə alınmaqla hazırlanmışdır. Bölmənin
baş səhifəsində çəkilmış üç balaca adam
fiquru sayta daxil olanlara bu bölmənin xəritəsini nümayiş
etdirir. Burada məktəblilər üçün anlaşıqlı
formada Azərbaycanın tarixi, coğrafiyası,
mədəniyyəti, xalqımızın görkəmli mütəfəkkirləri,
yazıçıları, şairləri və bəstəkarları
haqqında Azərbaycan dilində informasiya təklif edilir.
Həmçinin Azərbaycanın dövlət rəmzləri - bayrağı,
gerbi və himni barədə məlumat verilir. Yeri gəlmişkən,
himni dinləmək də mümkündür. Səhifənin ayrıca bir bölməsi
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
həyat və fəaliyyətinə həsr edilmişdir. Ulu öndər
haqqında ətraflı məqalədə hər bir gəncin
bilməli olduğu əlamətdar tarixlər xüsusi vurğulanır.
Məktəblilərə Azərbaycan Respublikasının
Konstitusiyası haqqında da informasiya təklif edilir. Bu
hissədə Azərbaycan vətəndaşlarının
əsas hüquq və azadlıqları, eləcə də
Vətən qarşısında məsuliyyəti barədə
məlumatlar toplanmışdır. "Mənim Qarabağım"
adlı yarımbölmədə Qarabağın xəritəsi
fonunda çəkilmiş balaca insan fiqurları Azərbaycanın
bu dilbər guşəsinin gözəllikləri barədə söhbət
açır. Burada Qarabağın tarixi, onun mədəniyyəti,
ərazisi, Ermənistan silahlı qüvvələri
tərəfindən Qarabağın işğal edilməsi
və bu təcavüz nəticəsində dəymiş
zərər haqqında ətraflı bəhs olunur. "Mənim Prezidentim" bölməsində
Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti haqqında
geniş informasiya hazırlanmışdır.
Məsələn, sayta müraciət edən gənclər dövlətimizin
başçısı İlham Əliyevin bioqrafiyası ilə tanış
ola bilərlər. Burada Prezidentin necə seçilməsi, hansı
səlahiyyətləri həyata keçirməsi barədə söhbət
açılır, Prezidentin gündəlik fəaliyyəti əks
etdirilir. "Fotoalbom" yarımbölməsində isə
məktəblilər dövlətimizin başçısının
xarici ölkələrə və Azərbaycanın regionlarına
səfərləri, yerli sakinlərlə görüşləri zamanı
çəkilmiş maraqlı fotoşəkillərə,
eləcə də ölkə rəhbərinin uşaqlarla
birgə çəkdirdiyi fotoşəkillərə tamaşa
edə bilərlər. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycanın
birinci xanımının kitabı ABŞ Konqresinin
kitabxanasına təqdim edilmişdir ABŞ
Konqresi kitabxanasının Azərbaycan bölməsinə
daha bir nəşr əlavə olunmuşdur. Dünya şöhrətli
musiqiçi və ictimai xadim, 20 il ABŞ Milli Simfonik
Orkestrinə başçılıq etmiş Mstislav Rostropoviçin
xatirəsinə həsr olunmuş silsilə
tədbirlər çərçivəsində maestronun Bakı
həyatından bəhs olunan "Rostropoviç" kitabı
Konqres kitabxanasına təqdim edilmişdir. Kitabın müəllifi
Azərbaycanın birinci xanımı, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır. Təqdimat mərasimində Rostropoviçın Bakıdakı ev-muzeyi tərəfindən təşkil olunan və Azərbaycan hökuməti tərəfindən Konqres kitabxanasına hədiyyə edilmiş fotosərgi də boyük maraqla qarşılanmışdır. |
Təhsil işçilərinə fəxri ad və medalların təqdimat mərasimi oldu İnsan psixologiyasının özəlliklərindən
biri də budur: hər bir şəxs, istənilən peşə
sahəsində çalışan hər bir fədakar mütəxəssis
öz əməyinin maddi və ya mənəvi yöndən
stimullaşdırılmasını istəyir. Xalqa
xidmət, vəzifədə ləyaqətlə çalışma
dəyərləndiriləndə, bu
qiymətləndirmə həmin şəxsin daha
səmərəli fəaliyyətində faktora çevrilir. XX əsrin 60-cı illərindən bu yana, XXI əsrin ilk 8 ili Azərbaycan təhsilinin inkişafı, təhsilin maddi-texniki bazasının zənginləşdirilməsi, pedaqoji ictimaiyyətin əmək və nailiyyətlərinin dövlət və hökumət səviyyələrində müxtəlif səviyyələrdə dəyərləndirilib qiymətləndirilməsi baxımından seçilən bir mərhələdir. Əslində bu, müdrik və uzaqgörən ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövrlərində daxili siyasətin başlıca tərkib hissəsidir. |
Oktyabrın 17-də təhsil naziri Misir Mərdanovun iştirakı ilə 2008-2009-cu dərs ilində orta təhsil kursu üzrə mərkəzləşdirilmiş qaydada yoxlama və buraxılış imtahanlarının aparılması işinin təkmilləşdirilməsi və daha səmərəli təşkili məqsədilə bölgələrə ezam olunan koordinatorlarla müşavirə keçirildi. Tədbirdə təhsil nazirinin müavinləri, müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, respublikanın bir sıra şəhər, rayon təhsil şöbələrinin müdirləri və başqaları iştirak edirdilər. |
Bilik yarışında ən istedadlı tələbələr fərqlənəcək Oktyabrın
21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində ali
məktəb tələbələrinin XIII respublika
fənn olimpiadasının açılış mərasimi keçirildi. Tanınmış alimlərin, ayrı-ayrı
fənlər üzrə münsiflər heyətinin,
tələbələrin və KİV nümayəndələrinin
iştirak etdiyi mərasimi açan Azərbaycan Respublikasının
təhsil naziri Misir Mərdanov ali peşə təhsili
sistemində mütəxəssis hazırlanmasının
keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyan
bu olimpiadanın Təhsil Nazirliyi tərəfindən
ənənəvi olaraq hər il keçirildiyini bildirdi. |