|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Məktəb
bilik deməkdir, maarif deməkdir, savad deməkdir. Biz çalışmalıyıq
ki, gənclərimiz savadlı, bilikli, tərbiyəli
olsunlar. Buna nail olmaq üçün həm ailədə, həm
də məktəbdə uşaqlarımız çox yaxşı,
vətənpərvərlik ruhunda tərbiyə edilməli
və əlbəttə ki, yüksək biliklərə malik
olmalıdırlar. çünki bilik tərəqqinin əsasıdır. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Hörmətli Prezident Əliyev! Bakıya səfərim zamanı Sizinlə
görüşmək şərəf və imtiyazını
mənə bəxş etdiyiniz üçün dərin minnətdarlığımı
bildirmək istərdim. Nazir Əli Abbasovun dəvəti ilə
"BakuTel-2008" sərgisində iştirak etmək,
Azərbaycan alimləri və Berkli şəhərindəki
Kaliforniya Universiteti nəzdindəki BİSC (Berkli Proqramlaşdırma
Təşəbbüsü) Qrupu alimləri arasında yaxın
əməkdaşlığın təməlini qoymaq üçün
Berklidən Bakıya gəldim. Bakı doğulduğum və ürəyimdə
olduqca xoş izlər qoymuş yerdir. Səfərim zamanı
mən şagirdi olduğum 16 nömrəli orta məktəbə
də baş çəkdim. Məktəbdə məni böyük
səmimiyyət, qonaqpərvərlik və alicənablıqla
qarşıladılar. Mən Fəxri xiyabanı ziyarət etdim
və atanıza, Azərbaycanın böyük liderinə ehtiramımı
bildirdim. Bakı gözəl şəhərdir. İnkişaf
əlamətləri hər yerdə nəzərə çarpır.
Mədəniyyət, elm və təhsilə göstərilən böyük
hörmət məndə olduqca xoş təəssürat yaratdı.
Xüsusən Bakını regional kommunikasiya və informasiya
texnologiyaları mərkəzinə, Azərbaycanı isə
infosentrik cəmiyyətə keçiddə liderə çevirmək
üçün nazir Əli Abbasovun rəhbərliyi altında keçirilən
tədbirlər məni çox sevindirdi. Bakıya səfərim
hər barədə unudulmaz idi. Sizin şəxsiyyətiniz məndə
hər cəhətdən dərin təəssürat oyatdı.
Siz dərin qlobal böhranlar dövründə müdriklik, uzaqgörənlik
və hərtərəfli maraqlarınız sayəsində
Azərbaycanı irəliyə aparırsınız. Sizin kimi
Prezidenti olduğuna görə Azərbaycanın bəxti
gətirmişdir. Böyük iftixar və dərin ehtiramla, Ə.Lütfi ZADƏ, Berkli Proqramlaşdırma Təşəbbüsü Qrupunun direktoru və Kaliforniya Universitetinin professoru 21 noyabr 2008-ci il
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Noyabrın
24-də Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva görkəmli
Azərbaycan rəssamı, Sosialist Əməyi
Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları
laureatı, SSRİ xalq rəssamı Tahir Salahovla görüşmüşdür.
Görkəmli rəssamı Heydər Əliyev
Fondunda səmimiyyətlə qarşılayan Mehriban xanım
Əliyeva onu 80 illik yubileyi münasibətilə ürəkdən
təbrik etdi. Tahir Salahovun parlaq ənənələrə malik müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən olduğunu vurğulayan Mehriban xanım dedi ki, rəssamın mövzu və janr rəngarəngliyi, bədii forma əlvanlığı və estetik kamilliyi ilə seçilən əsərləri milli sənət xəzinəmizin qızıl fonduna daxil olmuşdur. Yaratdığı tablolardan ibarət sərgilər rəssama ölkəmizin hüdudlarından uzaqlarda da şöhrət qazandırmışdır. Sənətkarın dünyanın mötəbər muzeylərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılan əsərləri Azərbaycan mədəniyyətinin geniş təbliğində mühüm əhəmiyyət kəsb edir. Tahir Salahov öz pedaqoji fəaliyyəti və təşkilatçılıq bacarığı ilə gənc rəssamlar nəslinin yetişdirilməsinə və milli rəssamlığın inkişafına sanballı töhfələr vermişdir. |
Təhsil
Sektorunun İnkişafı üzrə İkinci Layihənin
başlanmasına həsr olunmuş seminar Bakıdakı
"Hyatt Regency" otelində Təhsil Sektorunun İnkişafı
üzrə İkinci Layihənin başlanmasına həsr
olunmuş ikigünlük
seminar keçirildi. Noyabrın 24-də öz işinə başlayan
seminarı təhsil naziri Misir Mərdanov giriş sözü
ilə açaraq iştirakçıları
salamladı və tədbirin
Dünya Bankı ilə Təhsil Nazirliyi
arasındakı əməkdaşlığın
davamı olduğunu bildirdi. Təhsil Sektorunun İnkişafı
üzrə Birinci
Layihənin uğurla həyata keçirildiyini
söyləyən nazir 10 ilə yaxın bir müddətdə
Təhsil Nazirliyinin Dünya Bankı ilə birgə
fəaliyyət göstərdiyini qeyd edib
görülən işləri müsbət
dəyərləndirdi. Nazir bildirdi ki, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin maliyyələşdirilməsi məqsədilə 2008-ci il sentyabrın 28-də Kredit Sazişi imzalanmışdır. Layihənin əsas məqsədi ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, təlim nəticələrinin yaxşılaşdırılması və xərclərin səmərəliliyinin artırılmasıdır. |
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun çıxışı Hörmətli
seminar iştirakçıları! Giriş sözümdə Dünya Bankı ilə həyata keçirilən 10 illik təhsil islahatı proqramı barədə məlumat vermişdim. Bildiyiniz kimi, proqramın ilk mərhələsinin həyata keçirilməsi üçün Təhsil Sektorunun İnkişafı üzrə Birinci Layihə hazırlanmışdı. Bu layihə 2003-cü ildən başlamış və 2008-ci ilədək davam etmişdir. Birinci Layihə yalnız ümumi təhsili əhatə etmişdir və bu da təsadüfi deyildir. çünki ümumi orta təhsil Azərbaycan Konstitusiyasına görə icbaridir və kütləvi xarakter daşıyır. Danılmazdır ki, insanın şəxsiyyətinin formalaşması, zəruri həyati bacarıqlara yiyələnməsi məhz ümumi təhsil dövrü ilə bağlıdır. Sonrakı təhsil mərhələləri orta təhsilin nəticələri üzərində qurulur və vətəndaşın inkişafı üçün bünövrə rolunu oynayır. Bunları nəzərə alaraq biz daha ciddi islahatları ümumi təhsildən başladıq. |
Şəxsiyyətyönümlü kurrikulumlar əsasında yaradılan dərsliklərin xüsusiyyətləri Müstəqil Azərbaycanın inkişafı
yolunda gedən quruculuq işləri cəmiyyətin bütün
sahələrini, o cümlədən də təhsili
əhatə edir. "Bütün qurumların fəaliyyətini
təhsil alanın mənafeyinə xidmət etmək
məqsədi ətrafında birləşdirən yeni
təhsil sisteminin yaradılması" (Azərbaycan
Respublikasının təhsil sahəsində İslahat
Proqramı. Azərbaycanın təhsil siyasəti
(1998-2004), I kitab. Bakı, "çaşıoğlu",
2005) istiqamətində həyata keçirilən
tədbirlər bilavasitə cəmiyyətin sosial sifarişlərinin
öyrənilməsinə yönəldilməklə daha
demokratik xarakter daşıyır. Təhsilin bütün
mərhələlərində, o cümlədən ümumi
təhsildə şəxsiyyətin maraq və ehtiyaclarını
ödəyə bilən təhsil sisteminin yaradılması mühüm
vəzifə kimi qarşıya qoyulur. Belə bir
tələb isə istər-istəməz, ilk növbədə,
təlimin məzmununun, ona uyğun metod, forma və
vasitələrdən ibarət strateji bir sistemin hazırlanmasını
tələb edir. |