![]() |
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür
*
Azərbaycandan kənara - başqa ölkələrə
təhsil almağa gedən gənclərə xüsusi tövsiyəm
ondan ibarətdir ki, siz hansı ölkədə olursunuzsa
olun, birinci vəzifəniz yüksək təhsil almaqdan, o
təhsil ocağının imkanlarından istifadə edib
hərtərəfli, hazırlıqlı bir vətəndaş
olmaqdan ibarətdir. Eyni zamanda siz respublikamızı xarici
ölkələrdə təmsil edən insanlar,
gənclər olacaqsınız. Siz sadəcə olaraq
təhsil almaqla kifayətlənməməlisiniz.
Azərbaycanı ləyaqətlə təmsil
etməlisiniz, ölkəmizin həqiqətlərini təhsil
alacağınız universitetlərdə, ali təhsil müəssisələrində
yaymalısınız, təbliğ etməlisiniz. *
Ən vacib məsələ budur ki, adamlarda
ədalətə, həqiqətə inam, respublikamızın
bütün işlərində, o cümlədən ali
məktəblərdə bərqərar olan obyektivliyə
inam yaranmışdır. Bu illər ərzində
təlim-tərbiyə işinin səviyyəsi,
tədrisin keyfiyyəti, buraxılan mütəxəssislərin,
bütövlükdə ali məktəblərin fəaliyyətinin
keyfiyyəti xeyli yüksəlmişdir. *
Milli ideologiyamızı hər yerdə
tətbiq etmək üçün məktəblərdə
Azərbaycan xalqının tarixinin tədrisinə çox
ciddi fikir vermək lazımdır...
Gənclərimiz öz tarixini, öz tarixi keçmişini
gərək yaxşı bilsinlər. çünki
mənəviyyatımız, gənclərin bugünkü və
gələcək mənəviyyatı bununla bağlıdır. *
Məktəb, maarif, təhsil işi ilə
həmişə sıx bağlı olmuşam... Hesab
edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən
olursa-olsun kəsib təhsilə xərcləməli,
gənc nəslin təhsilinə, müəllimə kömək
etməlidir. Bu, mənim prinsipial mövqeyimdir. *
Bizim hər birimiz elmi
dərəcəmizdən, biliyimizdən, təhsil
səviyyəmizdən, tutduğumuz vəzifədən asılı
olmayaraq bütün nailiyyətlərimizə görə, birinci növbədə,
məktəbə, müəllimə borcluyuq. *
Təhsil hər bir dövlətin, ölkənin,
cəmiyyətin həyatının, fəaliyyətinin mühüm
bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf
edə bilməz. *
Mən fəxr edirəm ki, Bakı Dövlət
Universitetinin məzunuyam. |
![]() |
![]() |
![]() |
![]() |