|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Böyük
əhəmiyyət kəsb edən kompüterləşmə
proqramı həyata keçirilir. Hər bir məktəbdə
kompüter sinfi yaradılacaq və İnternetə çıxış
təmin olunacaqdır. çünki bizim gənclərimiz, şagirdlərimiz,
kursantlarımız dünyada baş verən bütün
hadisələri bilməlidirlər, yeni müasir informasiya
texnologiyalarına yiyələnməlidirlər. Onlar dünyada
gedən prosesləri təhlil etmək üçün imkanlar
əldə etməlidirlər. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti |
Heydər Əliyev Fondunun Ağsu məktəblilərinə daha bir hədiyyəsi Azərbaycanda ümumtəhsil
məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsində
mühüm işlər görən Heydər Əliyev Fondunun
"Yeniləşən Azərbaycana yeni məktəb"
proqramı çərçivəsində təkcə son iki il yarımda
Ağsu rayonunun Ərəbmehdibəy, Padar və çiyni
kəndlərində orta məktəblər üçün yeni binalar inşa
edilmişdir. Bu günlərdə Fondun təşəbbüsü
ilə rayonun ən böyük kəndlərindən olan Qaraqoyunluda
orta məktəb ücün yeni əlavə korpusun tikintisinə başlanmışdır.
İkimərtəbəli bina gələn dərs
ilinədək istifadəyə veriləcəkdir.
Təhsil müəssisələri üçün yeni binaların inşası nəzərdə tutulub Təhsil Nazirliyindən bildirmişlər
ki, 2008-2012-ci illəri əhatə edən müvafiq proqrama
əsasən ölkəmizdə daha 450 təhsil müəssisəsi
üçün yeni binanın inşa edilməsi, 600-dən çox
məktəb üçün əlavə korpusların tikintisi
nəzərdə tutulmuşdur. ümumiyyətlə, son illərdə
1600-dək məktəb binası tikilmiş və əsaslı
təmir olunmuşdur. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nazirlər Kabineti Novruz, Ramazan, Qurban bayramları günləri və bu bayramlarla əlaqədar istirahət günləri haqqında qərar qəbul edib AzərTAc
xəbər verir ki, Azərbaycan Respublikasının
Nazirlər Kabineti "2009-cu ildə Novruz, Ramazan, Qurban
bayramları və bayram günləri ilə əlaqədar iş
günləri hesab olunmayan istirahət günləri haqqında"
qərar qəbul etmişdir. Qərarda deyilir ki, Azərbaycan Respublikası
Əmək Məcəlləsinin 105-ci maddəsinə
və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına
əsasən, 2009-cu ildə 20,
21, 22, 23, 24 mart Novruz bayramı, 20, 21 sentyabr Ramazan bayramı,
27, 28 noyabr isə Qurban bayramıdır. Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında bildirilir ki, mövcud qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir. |
Misir Mərdanov: "Müəllim təhsildə əsas sima, ən nüfuzlu şəxsdir" ölkənin təhsil nazirinin təhsil
sahəsində yeniliklər və görülən işlər
barədə "Exo" qəzetinə müsahibəsi - Son illərdə dövlət büdcəsindən
təhsilə ayrılan xərclərin artması
tendensiyası müşahidə olunur. Bu artım təhsilin
inkişafında nə dərəcədə öz əksini
tapır? - ölkəmizdə təhsilə dövlət
qayğısının nəticəsidir ki, son beş
ildə təhsil sektoruna ayrılan büdcə 5
dəfədən çox artaraq cari ildə 1,1 milyard təşkil
etmiş, 2009-cu ildə isə 1,3 milyard manat proqnozlaşdırılmışdır,
investisiya qoyuluşları isə 5,8 milyondan 220 milyon manata
çatmışdır. ölkəmizin təhsil tarixində ilk
dəfə olaraq 14 inkişafyönümlü dövlət proqramı
təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir.
|
Bakı Dövlət Universitetində Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin açılışı oldu Dekabrın 17-də BDU- da KADO-nun
(Rəqəmsal imkanların yayılması üzrə Koreya
agentliyi) birbaşa yardımı ilə yaradılmış
Azərbaycan-Koreya İnformasiya Təminatı
Mərkəzinin açılış mərasimi keçirildi. Yığıncağı giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov qonaqları və toplantı iştirakçılarını salamladıqdan sonra bu Mərkəzin 2008-2009-cu tədris ilində BDU-nun istifadəyə verilmiş təzə korpusunda yaradılmasından məmnun olduğunu bildirdi, təhsil naziri Misir Mərdanova, koreyalı qonaqlara və mərkəzin yaradılmasında əməyi olan bütün insanlara təşəkkür etdi. |
Təhsil nazirinin müavini Fransada səfərdə olub
"2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xaricdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində Təhsil Nazirliyi
ilə əməkdaşlıq edən Fransanın CNOUS
təşkilatının dəvəti ilə təhsil
nazirinin müavini Elmar Qasımov və nazirliyin Beynəlxalq
əlaqələr şöbəsinin müdiri Qulu Novruzov dekabrın
9-14-də Fransada səfərdə olmuşlar. Səfərin əsas məqsədi
xaricdə təhsil üzrə Dövlət Proqramının
icrası çərçivəsində Azərbaycan
gənclərinin Fransa ali məktəblərində
təhsili ilə bağlı CNOUS və bir sıra fransız
universitetlərinin rəhbərliklərilə danışıqlar
aparmaq, hazırda Fransada təhsil alan
tələbələrimizin təhsili və yaşayışı
ilə yerində tanış olmaq idi. |