|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
-
Hörmətli xanımlar və cənablar! Əziz
həmvətənlər! Mən
sizin hamınızı Yeni il bayramı münasibətilə
ürəkdən təbrik edirəm. 2008-ci il başa çatır. ölkəmiz üçün,
Azərbaycanın hərtərəfli inkişafı üçün
2008-ci il çox uğurlu olmuşdur. 2008-ci ildə bizim
iqtisadiyyatımız yüksək sürətlə inkişaf
etməkdə davam etmişdir. Deyə bilərəm ki, son
dörd il ərzində Azərbaycan iqtisadi artım baxımından
dünyada birinci ölkədir. Bu, böyük nailiyyətdir və
bizə imkan verir ki, bütün iqtisadi, infrastruktur və sosial
məsələləri uğurla həll edək. Təsadüfi deyil ki, 2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıdı və bunu bəyan etdi. Bu onu göstərir ki, Azərbaycanda aparılan ciddi, düşünülmüş iqtisadi islahatlar öz bəhrəsini verir və dünya miqyasında Azərbaycan çox böyük nüfuza malikdir, çox böyük hörmətə malikdir. |
Heydər Əliyev Fondu "Gülüstan" sarayında uşaqlar üçün bayram şənliyi təşkil edib Heydər Əliyev Fondu "Gülüstan"
sarayında uşaq evlərində və internat
məktəblərində təlim-tərbiyə alan, şəhid,
qaçqın və məcburi köçkün ailələrindən olan,
yetim və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə
fərqlənən uşaqlar üçün Yeni il şənlikləri
keçirir. AzərTAc
xəbər verir ki, dekabrın 29-da Fondun prezidenti, Azərbaycan
Prezidentinin xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva növbəti
bayram şənliyində iştirak etmiş, qızı Arzu
ilə birlikdə uşaqların sevinc və fərəhini bölüşmüşdür.
Mehriban xanım və qızı uşaqlarla səmimi söhbət
etdilər, onlarla şəkil çəkdirdilər. Əvvəlcə ümummilli liderimiz Heydər
Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il bayramlarında uşaqlarla
bir yerdə olmasından, Fondun uşaq evlərinə, internat
məktəblərinə qayğısından bəhs edən
film göstərildi. Şaxta baba və Qar qızın
al-əlvan bəzədilmiş möhtəşəm saraya
gəlişi alqışlarla qarşılandı. Şaxta baba
"sehrli çubuğu" ilə yolkanı işıqlandırdı.
üç saatdan çox davam edən tədbirdə uşaqları
şənləndirmək üçün aktyorlar bütün istedad və bacarıqlarını
sərf edirdilər. Salona toplaşmış uşaqların
çöhrələrində bu gözəl bayram şənliyini onlara
bəxş edən Heydər Əliyev Fonduna, onun prezidenti
Mehriban xanıma minnətdarlıq hissləri aydın sezilirdi.
Həmin gün şənlik iştirakçıları arasında
məcburi köçkün və qaçqın ailələrindən olan uşaqlar,
qayğıya gündəlik ehtiyac duyan, uşaq evlərində
və xüsusi məktəblərdə təlim-tərbiyə
alan balaca soydaşlarımız əksəriyyət təşkil
edirdi.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
"Günərzi Qayğı Mərkəzi" uşaq müəssisələrinə alternativ xidmət növüdür Suraxanı
rayonunda yerləşən 2 nömrəli uşaq evinin
nəzdində "Günərzi Qayğı
Mərkəzi" yaradılmışdır.
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi (de-institutlaşdırma)
və alternativ qayğı Dövlət Proqramı
(2006-2015-ci illər)" çərçivəsində dövlət
uşaq müəssisələrinə alternativ model kimi
nəzərdə tutulmuş mərkəzin yaradılmasında
məqsəd uşaqların müəssisələrə düşməsinin
qarşısını almaq, onların cəmiyyətə
inteqrasiya və sosial adaptasiyasını təmin
etməkdir. Dekabrın 29-da "Günərzi Qayğı Mərkəzi"nin rəsmi açılışı oldu. Bu münasibətlə düzənlənən mərasimdə təhsil naziri Misir Mərdanov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iştirak edirdilər. Nazir və icra başçısı rəmzi açılışı bildirən qırmızı lenti kəsib mərkəzin fəaliyyətinə xeyir-dua verdilər, uşaq evinin kollektivini və balaca sakinlərini 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik etdilər. |
Biri
var idi, başqası yox idi... Dərslik üzərində iş çox vaxt və böyük zəhmət tələb edir. Bu prosesdə müxtəlif ölkələrin istifadədə olan dərslik və dərs vəsaitlərini araşdırmaqla yanaşı, konkret fənnin tədrisinin müxtəlif aspektlərinin işıqlandırıldığı nəzəri ədəbiyyatı geniş təhlil etmək lazım gəlir. Yalnız bundan sonra dərsliyin məzmununu formalaşdırmaq, sistemləşdirmək kimi növbəti, daha çətin və yaradıcı mərhələ başlayır. Əvvəlcə onu qeyd edim ki, Ə.Osmanlının öz komplekti barədə apelyasiya komissiyasının rəyi ilə geniş oxucu kütləsini tanış etməsi çox faydalı oldu və biz də bu komplekt ilə bağlı xidməti yazışmalardan xəbərdar olduq. Eyni zamanda komissiyanın tutarlı arqumetlərinin Ə.Osmanlı tərəfindən təkzib cəhdlərinin əsassızlığı və uğursuzluğu da bizə aydın oldu. Məsələn, komissiya öz rəyində balıq və kəpənək şəkillərinin üzərindəki misalların verilmə üsulunun aydın olmadığını təsdiq edir. |
Məqsədə aparan düzgün yol: İdeya, məzmun və formanın vəhdəti
ümummilli liderimiz Heydər Əliyevin
əsasını qoyduğu milli təhsil strategiyası
cənab Prezidentimiz İlham Əliyevin cəmiyyətin bütün
sahələrini əhatə edən uğurlu siyasəti
nəticəsində öz bəhrəsini verməkdədir.
Hər il respublikamızın müxtəlif bölgələrində
istifadəyə verilən yüzlərlə məktəb
binalarının, əslində müasir təhsil
komplekslərinin, məktəblərdə quraşdırılan
kompüterlərin, Heydər Əliyev Fondunun çox lazımlı
hədiyyəsi olan yeni tədris avadanlıqlarının
və əyani vəsaitlərinin millətimizin
gələcək inkişafındakı önəmli rolu
şəksizdir. Bu böyük şərəfə layiq görülən, xoşbəxt anlar yaşayan kollektivlərdən biri də Masallı şəhərindəki "Dəfinə" məktəb-liseyi olmuşdur. |
Müəllimlər qərəzli tənqidlərə etiraz edir, yeni dərslik komplektlərini bəyəndiklərini bildirirlər Məlum olduğu kimi, "Pedaqogika" nəşriyyatının direktoru Əlövsət Osmanlı və ona dəm tutanlar I siniflər üçün yazılmış dərslik komplektləri haqqında mətbuatda qərəz dolu silsilə tənqidi yazılar dərc etdirirlər. Bununla əlaqədar son günlər redaksiyamızın poçtuna xeyli oxucu məktubu daxil olmuşdur. Həmin məktublarda ölkəmizin müxtəlif bölgələrində çalışan təhsil işçiləri yeni dərsliklərə qarşı məqsədli şəkildə aparılan qərəzli tənqidə etiraz edir, dərsliklərin üstünlüklərindən, məziyyətlərindən söz açırlar. Məktubların hamısını ayrı-ayrılıqda dərc etmək imkanımız xaricində olduğundan onların bir qismini icmal şəklində oxucuların diqqətinə çatdırırıq. |
Obyektiv münasibət daha dəyərlidir Azərbaycan Respublikası müstəqilliyi dövründə siyasi sabitliyə, iqtisadi dirçəlişə nail olduqdan sonra ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə dövlətin təhsil siyasətinin əsas istiqamətləri müyyən edilərək ölkədə təhsil islahatlarının aparılmasına önəm verildi. Bu siyasəti uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkədəki iqtisadi kapitalı insan kapitalına çevirmək haqqında fikrini bəyan edərək təhsilə diqqət və qayğını daha da artırdı. Təhsil islahatları çərçivəsində təsdiqini tapmış "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurrikulum)" ölkədə ümumi orta təhsilin keyfiyyətini və rəqabətədavamlılığını yüksəltmək məqsədi ilə qəbul olunmuş konseptual sənəd kimi pedaqoji prosesin fəaliyyət proqramına çevrilmişdir. |
Nərimankənd məktəbindəki nöqsanlar ciddi narahatlıq doğurur Redaksiyamıza Gədəbəy rayonunun
Nərimankənd orta məktəbinin vəziyyəti
barədə 2 şikayət məktubu daxil olmuşdu.
Məktubun müəllifləri - məktəbin müəllimləri
Südabə Nağıyeva və Sahib Hüseynov şikayətlərində
məktəbin direktoru Mirvari Alıyevanın öz işinin
öhdəsindən gələ bilməməsindən,
təlim-tərbiyənin aşağı
səviyyədə olmasından, dərs cədvəlinin düzgün
tərtib olunmamasından və digər nöqsanlardan bəhs
edirdilər. Məktubda yazılanları araşdırmaq üçün Gədəbəyə ezam olunduq. Kollektivin üzvləri, habelə şikayətçilər S.Nağıyeva və S.Hüseynovla görüşdük. Faktları araşdırdıq. |
British
Council-in Azərbaycanda yeni layihəsi - 10 Müəllimlərin,
şagirdlərin və ingilis dilini öyrənənlərin
nəzərinə! Xarici
dilin öyrənilməsi sahəsində tam yeni və orijinal
metodologiya!
|