![]() |
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
İsmayıllıda üç yeni məktəbin açılışı olub
Təhsil naziri
Misir Mərdanov yeni
məktəblərin açılışı münasibəti
ilə rayon rəhbərliyini, təhsil müəssisələrinin
pedaqoji və şagird kollektivlərini, kənd
sakinlərini təbrik
etdi. İsmayıllı
rayonunda görülən bütün bu işlərin ölkə başçısı
İlham Əliyevin Azərbaycanda təhsilə
göstərdiyi diqqət və
qayğının nəticəsində
mümkün olduğunu bildirdi. Sonra nazir Misir Mərdanov millət vəkilləri Ərəstun Cavadov
və Novruzəli Aslanovla birlikdə məktəblərin
sinif otaqlarına, kompüter kabinetlərinə,
laboratoriyalara, kitabxanalara, idman və iclas zallarına baxdılar.
Həmin gün rayon
mədəniyyət evində
təhsil işçilərinin iştirakı
ilə müşavirə də keçirildi. Müşavirəni
giriş sözü ilə açan Rayon
icra hakimiyyətinin başçısı Nizami Ələkbərov
son beş ildə İsmayıllıda təhsil
sahəsində aparılan işlərdən və qazanılmış
uğurlardan bəhs
etdi.
Təhsil naziri Misir Mərdanov İsmayıllıda
dərs ili ərzində iki müəllimə
ölkə başçısı tərəfindən "Əməkdar müəllim"
fəxri adının verilməsini,
müəllimlərin sosial şəraitinin yaxşılaşdırılması
baxımından hər il onların əməkhaqlarının
artırılmasını xüsusi vurğuladı.
Dünya Bankının dəstəyi ilə
həyata keçirilən təhsil islahatı sahəsində
çox ciddi işlər görüldüyünü, o cümlədən
2009-2010-cu dərs ili üzrə
orta məktəblərin II sinifləri üçün
dərsliklərin hazırlanması istiqamətində müvafiq
iş aparıldığını, mayın
sonunadək nəzərdə
tutulan komplektlərin hazır olacağını bildirdi. Nazir hazırda
məktəblərin lazımi avadanlıqlarla, dərslik
və dərs vəsaiti ilə
təmin olunması
sahəsində heç bir problemin olmadığını
nəzərə çatdırdı.
Təhsil naziri Misir Mərdanov ölkənin bütün məktəblərində olduğu
kimi, İsmayıllı rayonunun tədris ocaqlarında da
XI siniflər üzrə buraxılış
imtahanlarının mərkəzləşdirilmiş
qaydada keçiriləcəyini
bildirdi və test üsulu ilə keçiriləcək buraxılış
imtahanlarından və onun əhəmiyyətindən
danışdı. Sonra nazir müşavirədə
İsmayıllı məktəbləri
üzrə sınaq imtahanlarının
nəticələrinə öz münasibətini bildirdi və
bəzi məktəblərin göstəricilərindən
narazı qaldığını dedi. Məktəblərdə yeni
qiymətləndirmə sistemi və bu ildən IX
siniflərdə keçiriləcək
buraxılış imtahanları haqqında
məlumat verdi. Rayonda təhsil sahəsində mövcud
olan nöqsanların tezliklə aradan qaldırılacağına
ümidvar olduğunu deyən nazir Misir Mərdanov İsmayıllı
rayon təhsil işçilərinin qarşısında duran
vəzifələrdən ətraflı danışdı
və onlara
gələcək işlərində uğurlar
arzuladı. Şakir CƏFƏROV |
![]() |
![]() |
![]() |
![]() |