|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Qanlı Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ümumxalq ziyarəti Azərbaycan
Prezidenti İlham Əliyev şəhidlərin əziz
xatirəsini yad etmişdir 1990-cı
il yanvarın 20-si Azərbaycanın müasir tarixinə
ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın
qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Doğma
yurdunun, xalqının azadlığını, şərəf
və ləyaqətini hər şeydən uca tutan
vətənpərvər Azərbaycan oğulları
həmin müdhiş gecədə canlarından keçərək
şəhidlik zirvəsinə ucalmışlar. Sovet qoşunlarının
Azərbaycanda törətdiyi qanlı qırğından 19
il keçməsinə baxmayaraq, xalqımız o dəhşətli
günlərin ağrı-acısını unutmur, öz
vətəndaşlarına divan tutan sovet imperiyasının
o vaxtkı rəhbərlərinə və onların
Azərbaycandakı nökərlərinə dərin
nifrətini bildirir. Riyakar Mixail Qorbaçov başda olmaqla Sovet İttifaqı rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasətinə, tarixi torpaqlarımıza iddia edən erməni millətçilərinin açıq-aşkar dəstəklənməsinə və o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi.
|
20 Yanvar faciəsi təhsil müəssisələrində qeyd olundu Yanvarın 19-da Azərbaycan Dillər
Universitetində 20 Yanvar faciəsinin 19-cu ildönümünə
həsr olunmuş tədbir keçirildi. öncə ADU-nun bir qrup müəllim-tələbə
kollektivi müqəddəs Şəhidlər xiyabanını
ziyarət edərək şəhidlərin, o cümlədən
ADU-nun tələbəsi olmuş 20 Yanvar şəhidi ülvi Bünyadzadənin
məzarı üstünə al qərənfillər qoydular. Daha
sonra tədbir ADU-da yaradılmış ülvi Bünyadzadə
muzey-lektoriyası önündə davam etdirildi. Tədbiri giriş sözü ilə ADU-nun
prorektoru, professor Natiq Yusifov açdı. Sonra
təlim-tərbiyə işləri üzrə prorektor Ələddin
Əliyev və digər çıxış edənlər
Azərbaycan xalqının əsrlər boyunca azadlıq uğrunda
apardığı mübarizədə minlərlə oğul
və qızlarının öz canlarını Vətən uğrunda
qurban verdiklərini, şəhidlik zirvəsinə ucaldıqlarını
xüsusi vurğuladılar. Sonra şəhidlərin xatirəsi bir
dəqiqəlik sükutla yad olundu. ADU-nun fəlsəfə kafedrasının
dosenti Məhəmməd Teymurlu 20 Yanvar faciəsində şəhid
olmuş ülvi Bünyadzadə haqqında danışaraq sevimli
tələbəsi ilə fəxr etdiyini söylədi. Anım tədbirində Bakının 56 nömrəli məktəbinin şagirdlərinin ifasında ülvi Bünyadzadəyə həsr olunmuş seirlər səsləndirildi. öz şeirlərindən də bir neçəsini söyləyən şagirdlər ülvi Bünyadzadənin andını oxudular, onun kimi cəsarətli, Vətənini sevən bir gənc olacaqlarına and içdilər. Tədbirin sonunda şəhidin atası
Yusif Bünyadzadə universitet rəhbərliyinə öz təşəkkürünü
bildirdi, ülvi Bünyadzadə adına musey-lektoriyasının yaradılmasına
görə şəxsən universitetin rektoru, professor
Səməd Seyidova ailəsi adından minnətdarlığını
ifadə etdi. *** Naxçıvan Dövlət Universitetində 20
Yanvar ümumxalq hüzn günü ilə bağlı silsilə
tədbirlər - elmi konfranslar, şeir müsabiqəsi,
ədəbi-bədii kompozisiya, rəsm sərgisi keçirilmişdir.
Silsilə tədbirlər Heydər Əliyev lektoriyasının
20 Yanvar faciəsinə həsr olunmuş məşğələsi
ilə yekunlaşdı. Məşğələ iştirakçıları
ilk öncə universitetin təsviri incəsənət ixtisası
tələbələrinin Qanlı Yanvardan bəhs edən
rəsm sərgisi ilə tanış oldular.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
çevik
idarəetmə paytaxt təhsilində uğurların
əsas səbəbidir Arxada qalan 2008-ci il bir çox müvəffəqiyyətlərlə, yeniliklərlə, yaddaqalan nailiyyətlərlə yekunlaşdı. ölkənin ictimai-siyasi həyatında baş verən yeniliklər, iqtisadi inkişaf cəmiyyətin gələcək taleyində mühüm rol oynayan təhsil sisteminə də bu və ya digər formada müsbət təsirini göstərdi. Təhsilin inkişaf dinamikası bu sahədə aparılan islahatların özünü doğrultduğunu bir daha sübut etdi. Təhsil islahatının ardıcıllıqla və düşünülmüş konsepsiya əsasında həyata keçirilməsi, dünya təhsil sisteminə tədrici inteqrasiya öz bəhrəsini verməyə başladı. Əlbəttə, məktəbdən başlayan təhsil sistemi, ilk növbədə, bu pillənin yeniləşməsini, aparılan islahatların müsbət və dinamik sonluğunu tələb edirdi. Görülən və görüləsi işlərin, həyata keçirilən tədbirlərin hansı nəticələr verdiyini bir daha müəyyən etmək hamı üçün maraqlıdır.
|
NDU-da ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olundu Naxçıvan Dövlət Universitetində
üçüncü çağırış Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin altıncı sessiyası və universitetin
qarşısında duran vəzifələrə həsr
olunmuş yığıncaq keçirildi. Rektor, akademik İsa
Həbibbəyli "üçüncü çağırış Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası
ilə əlaqədar NDU-da ilin yekunları və qarşıda
duran vəzifələr" barədə məruzə
etdi. Rektor bildirdi ki, Ali
Məclisin növbəti sessiyasında ölkədə keçirilən
prezident seçkilərində ümummilli lider Heydər Əliyevin
siyasi kursunun layiqli varisi İlham Əliyevin yekdilliklə
Prezident seçilməsi 2008-ci ilin ən böyük hadisəsi kimi
dəyərləndirilmişdir. |
"İnnovativ müəllimlər" müsabiqəsi iştirakçılarının nəzərinə! Qəzetimizin ötən nömrəsində
xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası
Təhsil Nazirliyinin dəstəyilə "Microsoft
Azərbaycan" şirkəti Azərbaycanda "İnnovativ
müəllimlər" müsabiqəsini elan edib. Müsabiqə
Təhsil Nazirliyinin həmin korporasiya ilə təhsil
sahəsində uzunmüddətli əməkdaşlığının
tərkib hissəsidir və "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması
üzrə Dövlət Proqramı"na uyğun olaraq keçirilir. Müsabiqədə məqsəd orta
məktəblərdə ən yaxşı innovasiya üsulları
tətbiq edən müəllimləri seçməkdir. Müsabiqə
"Məzmunda innovasiyalar" və "Tərəfdaşlıqda
innovasiyalar" olmaqla iki nominasiya üzrə təşkil
olunub. |
British
Council-in Azərbaycanda yeni layihəsi - 12 Müəllimlərin,
şagirdlərin və ingilis dilini öyrənənlərin
nəzərinə! Xarici
dilin öyrənilməsi sahəsində tam yeni və orijinal
metodologiya!
|