|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
ölkəmizdə
valideynsiz uşaqlar da vardır. Onlar uşaq
evlərində saxlanılır, orada tərbiyə,
təhsil alırlar, böyüyürlər. Bunlar hamısı
bizim daim diqqətimizin mərkəzində olmalıdır.
Biz uşaqlara qayğı, diqqət göstərərək,
birinci növbədə, şəhid olmuş insanların uşaqlarına,
valideynsiz uşaqlara, çadırlarda yaşayan,
yerindən-yurdundan didərgin düşmüş,
xəstələnmiş uşaqlara və xəstəlik
nəticəsində fiziki cəhətdən zəif olmuş
uşaqlara xüsusi qayğı göstərməliyik. Heydər ƏLİYEV
|
Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban Əliyeva Uşaq evləri və
internat məktəblərinin inkişafı proqramı çərçivəsində
Bakının Sabunçu, Nizami və Nərimanov rayonlarında bir
neçə obyektin açılışında iştirak etmişdir.
Fondun prezidenti əvvəlcə Maştağa
qəsəbəsindəki "Təbəssüm" uşaq
sanatoriyasına gəldi. Mehriban xanım Əliyeva sanatoriyanın
açılışını bildirən rəmzi qırmızı
lenti kəsdi, foyedə ümummilli lider Heydər Əliyevin büstü
önünə gül dəstəsi qoydu. "Sanatoriyamızın dünəni və bu günü" stendi ilə tanış olan Mehriban xanıma məlumat verildi ki, əsaslı yenidənqurmadan sonra istifadəyə verilən uşaq sanatoriyasının binası 1936-cı ildə inşa olunmuşdu. 1989-cu ildə yeni binaya köçürülsə də, son illərdə hər 3 korpusda əsaslı təmirə və yenidənqurmaya ehtiyac var idi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2007-ci ildə sanatoriyada başlanan təmir və yenidənqurma işləri artıq başa çatdırılmış, bütün korpuslar, o cümlədən kabinetlər, müalicə otaqları müasir üslubda əsaslı təmir olunmuş, qapı və pəncərələr, döşəmə, dam örtüyü, sanitariya qovşaqları təzələnmiş, müasir tipli qazanxana tikilib istifadəyə verilmiş, 110 kvt gücündə generator quraşdırılmışdır.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Yanvarın
27-də Təhsil Nazirliyində Türkiyənin milli
təhsil nazirinin müavini Sadettin Sabazın başçılıq
etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. Qonaqları səmimi salamlayan Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanov görüşün
Azərbaycan təhsilinin inkişafında xüsusi
əhəmiyyət kəsb etdiyini dedi və çoxdan gözlənilən
bu səfərin təşkilatçılarına təşəkkürünü
bildirdi. Misir Mərdanov dost ölkədən gəlmiş nümayəndə heyətinə Azərbaycanın təhsil sistemi haqqında ümumi məlumat verərək son illər bu sahədə uğurla həyata keçirilən islahatlardan, əldə olunmuş nailiyyətlərdən söz açdı, lakin texniki peşə təhsili üzrə gözəçarpan bir irəliləyişin olmadığını təəssüf hissi ilə qeyd etdi. Respublikada texniki peşə təhsilinin müxtəlif
inkişaf mərhələlərində formalaşaraq ölkə
iqtisadiyyatının peşə-ixtisas kadrlarına olan
ehtiyacının ödənilməsində mühüm rol oynaması
haqqında danışan nazir xatırlatdı ki, sovet dövründə
bu sahə ilə bağlı tədbirlər dövlət
tərəfindən həyata keçirilirdi, zavod və
fabriklərin inşası ilə eyni vaxtda onlar üçün
ixtisaslı fəhlələr hazırlayan texniki peşə
məktəbinin binalar kompleksi tikilirdi. |
İlk
yoxlama imtahanı fevralın 22-də olacaq
Məlum olduğu kimi, dörd ildən bəri
ölkənin ümumtəhsil sistemində tətbiq olunan və
coğrafiyası ildən-ilə genişlənən
mərkəzləşdirilmiş qaydada buraxılış
imtahanları 2008-2009-cu dərs ilindən bütün ölkəni
əhatə edəcək. Orta məktəblərin XI (XII)
sinif şagirdləri ilə yanaşı, peşə
liseylərində məzun olmağa hazırlaşanlar da
buraxılış imtahanlarını yeni qayda ilə
verəcəklər. Buraxılış imtahanlarına hazırlıq
məqsədi ilə bu ilin fevral-aprel aylarında
mərkəzləşdirilmiş qaydada bir yoxlama-sınaq
imtahanının keçirilməsi nəzərdə tutulub. |
Professor
Kamal Abdullayevin 190 nömrəli məktəbdə "açıq
dərs"i
ötən nömrələrimizdə xəbər verdiyimiz kimi, Bakıdakı 190 nömrəli orta məktəbdə 2008-ci ilin aprelində Bakı Slavyan Universitetinin "Ali və orta təhsilin koordinasiyası" adlı baza kafedrası yaradılmışdır. Bu təşəbbüs BSU-nun rektoru, AMEA-nın müxbir üzvi, professor Kamal Abdullayev tərəfindən irəli sürülmüşdür. |
Məktəbəqədər təhsil: təxirəsalınmaz addımların vaxtıdır Bu yaxınlarda İctimai televiziyanın "Açıq dərs"ində məktəbəqədər təhsilin problemlərinə həsr olunmuş maraqlı müzakirə aparılmışdır. Təhsil naziri, professor Misir Mərdanov da canlı yayıma telefon vasitəsilə qatılaraq Azərbaycanda məktəbəqədər təhsil perspektivlərinin mühüm məqamlarına toxundu, həmin sahə üzrə Təhsil Nazirliyinin strategiyası barədə əhəmiyyətli açıqlamalar verdi. Bununla belə, konseptual baxımdan erkən yaşlı uşaqların inkişafı ilə əlaqədar çox mühüm saydığım məsələlərə dair "Açıq dərs"də səslənən bəzi fikirlər məndə müəyyən narahatlıq doğurdu. |