|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
A.M.Paşayevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycanda elmin və təhsilin inkişafında
böyük xidmətlərinə görə Arif Mir Cəlal oğlu
Paşayev "Şərəf" ordeni ilə təltif
edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 fevral 2009-cu
il
|
Azərbaycan
Prezidenti İlham Əliyev vida mərasimində iştirak edib Fevralın
14-də ölkəmizin ictimaiyyəti müasir Azərbaycan
ədəbiyyatının tanınmış nümayəndəsi,
görkəmli şair, dramaturq və ədəbiyyatşünas, SSRİ
və Azərbaycan Dövlət mükafatları laureatı,
əməkdar incəsənət xadimi, Azərbaycan Milli
Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri
doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdçüsü, xalq şairi Bəxtiyar Mahmud oğlu
Vahabzadəni son mənzilə yola salmışdır. Müasir Azərbaycan ədəbiyyatının
qüdrətli şəxsiyyətlərindən olan Bəxtiyar
Vahabzadənin çoxşaxəli yaradıcılığı
ideya-məzmun və janr-forma baxımından zəngin bir
sənət dünyasıdır. Bütün varlığı ilə
sevdiyi doğma Azərbaycan xalqının arzu və
istəkləri, hiss və duyğuları həmişə onun
ədəbi-bədii yaradıcılığının mayası,
cövhəri olmuşdur. Şairin mübariz qələmi bütün dövrlərdə
onun saf məslək və əqidəsinə xidmət etmişdir.
Ulu öndər Heydər Əliyev unudulmaz şairimizin ədəbiyyatımız və xalqımız qarşısında xidmətlərini çox yüksək qiymətləndirirdi.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Milli
Aviasiya Akademiyasında bu təhsil müəssisəsinin
rektoru, akademik Arif Paşayevin 75 illik yubileyinə həsr
olunmuş tədbir keçirilmişdir. Akademik Arif Paşayevin qızı -
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyeva və digər ailə üzvləri,
görkəmli alimin yubileyi ilə bağlı Bakıda
"Elmi-texniki tərəqqi və müasir aviasiya" mövzusunda
keçirilən beynəlxalq konfransda iştirak edən xarici
qonaqlar, həmçinin hökumət üzvləri, Milli Məclisin
deputatları, ictimaiyyətin nümayəndələri Milli
Aviasiya Akademiyasının inzibati binasının
foyesində yubilyarın həyat və elmi
fəaliyyətinə həsr olunmuş "İşıqdan
törəyənlər" adlı sərgi, Azərbaycan mülki
aviasiya muzeyinin eksponatları və akademiyanın kitabxanası
ilə maraqla tanış olmuşlar.
|
Bəxtiyar Mahmud oğlu Vahabzadə Azərbaycan
xalqına ağır itki üz vermişdir. Müasir
Azərbaycanın görkəmli şairi, dramaturq və
ədəbiyyatşünası, SSRİ və Azərbaycan Dövlət
mükafatları laureatı, xalq şairi, əməkdar
incəsənət xadimi, Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü, filologiya elmləri
doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdçüsü Bəxtiyar Mahmud oğlu
Vahabzadə 2009-cu il fevralın 13-də ömrünün 84-cü
ilində vəfat etmişdir. Bəxtiyar Vahabzadə 1925-ci il avqust ayının 16-da Şəki şəhərində anadan olmuşdur. O, 1934-cü ildə ailəsi ilə birlikdə Bakıya köçmüş və burada orta məktəbi bitirdikdən sonra 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Bəxtiyar Vahabzadə 1947-ci ildə universiteti, 1950-ci ildə isə onun aspiranturasını bitirmişdir. |
Görkəmli alim, akademik Arif Paşayevin 75 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı olub Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Rusiyanın Novosibirsk şəhərində fəaliyyət göstərən "Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumu"nun ölkəmizdəki daimi nümayəndəliyinin rəhbəri, şair-publisist Mirkazım Seyidovun Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin 75 illik yubileyinə həsr olunmuş "İnsanlığın düz ünvanı" poemasının təqdimatı olmuşdur. "Nurlan" nəşriyyatında nəfis şəkildə çap olunmuş kitabın redaktorları Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Nizami Cəfərov, xalq şairi Nəriman Həsənzadə və Vaqif Abbasovdur. |
Müsabiqə qalibləri mükafatlandırıldı Bir
neçə ildir ki, təhsil sistemində idman və fiziki
tərbiyə işini daha da yaxşılaşdırmaq,
bu sahədə çalışan istedadlı gənc idmançıları,
məşqçi-müəllimləri aşkar etmək və
rəğbətləndirmək məqsədilə ayrı-ayrı
nominasiyalar üzrə respublika müsabiqələri təşkil
olunur. Təhsil naziri Misir Mərdanovun "Respublika müsabiqəsinin keçirilməsi haqqında" 4 dekabr 2008-ci il tarixli əmri ilə ötən ilin sonlarında keçirilən növbəti müsabiqəyə artıq yekun vurulmuş, qaliblərin adları müəyyən edilmiş və nazirin "Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması haqqında" 16 fevral 2009-cu il tarixli əmri olmuşdur. Fevralın 17-də Təhsil Nazirliyində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. |
ümumi təhsil sistemində islahatların yeni mərhələsi Azərbaycanın
ümumi təhsil sistemində islahatlar
yeni mərhələyə qədəm qoymuşdur.
Hazırda qazanılmış nailiyyətləri möhkəmləndirmək,
islahatın istiqamətləri üzrə
fəaliyyətləri genişləndirmək başlıca
vəzifə hesab olunur. İndiyədək həyata keçirilən
islahatyönümlü tədbirlərin mahiyyətinə aydınlıq
gətirilməsi və bu sahədə müəyyən
edilən perspektiv vəzifələrin açıqlanması
üçün Azərbaycan Respublikasının təhsil naziri,
"Kurikulum" jurnalının baş redaktoru, professor
Misir Mərdanova ictimaiyyəti maraqlandıran suallarla müraciət
etmişdik. Hörmətli nazirimizin həmin suallara cavabları
əsasında hazırlanmış müsahibəni oxuculara
təqdim edirik. |
Fənn kurikulumlarının tətbiqi vəziyyəti valideynlər tərəfindən də müzakirə olundu 2008-2009-cu
dərs ili ümumtəhsil
sistemində yeni mərhələnin - birinci siniflərdə kurikulumla
tədrisə başlanması, təhsil tariximizdə ilk
dəfə olaraq yeni fənn kurikulumları əsasında
hazırlanmış dərslik,
müəllimlər üçün vəsait
və şagirdlər üçün isə iş
dəftərindən ibarət dərslik komplektlərinin
tətbiqi ilə əlamətdardır. I siniflərdə
dərs deyən müəllimlər yeniliyi müsbət qarşılayaraq istifadə
etdikləri dərslik komplektlərini yüksək
qiymətləndirirlər. Bəs valideynlər necə, bu işin mahiyyətindən, onun məqsəd və məzmunundan nə dərəcədə məlumatlıdırlar? |
"Hər millətin övladı orta təhsilini ana dilində almalıdır" Xalq
şairi Bəxtiyar Vahabzadənin "Azərbaycan müəllimi"
qəzetinə müsahibəsi 19
mart 1994-cü il - Bəxtiyar müəllim, təhsilimizin
indiki vəziyyətini necə qiymətləndirərdiniz? - Narazı olmaq asandır, amma "necə olsun" sualına cavab vermək çətindir. Təhsilimizin indiki vəziyyəti qənaətbəxş deyil. Bunun bir çox səbəbləri var, mən onları sadalamaq istəmirəm, çünki hamıya məlumdur. Amma hər şeyimiz pisdir və təhsilimiz də pis vəziyyətdədir, - demək də düz deyil. |
Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ali və orta ixtisas təhsili müəssisələrində 2008-2009-cu tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi barədə" 29 dekabr 2008-ci il, 1377 saylı əmrinə müvafiq olaraq nazirliyin "Qaynar xətt"i qış imtahan sessiyasında ali və orta ixtisas məktəblərində tələbələrin biliyinin obyektiv qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halların aradan qaldırılması məqsədilə iş günlərində fasiləsiz olaraq müraciətləri qəbul etmişdir. Belə ki, "Qaynar xətt" xidmətinə 496-37-61; 496-34-82 nömrəli telefonlara və [email protected] e-mail ünvanına gələn müraciətlər nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan QHT könüllüləri tərəfindən qəbul edilmiş və araşdırmaya yönəldilmişdir. |
Dünya təhsili
Təhsil dünyada daha yaxşı yaşamaq üçün vacibdir. çünki o, insanların həyat tərzini dəyişdirir, biliyi genişləndirir, idrakı dərinləşdirir, parlaq gələcəyə və həyat vərdişlərinin formalaşmasına şərait yaradır. Fasiləsiz təlim bizim xəyalımızda yaşatdığımız yüksək inkişaf etmiş, bütün sahələrdə uğur qazanmış Şotlandiyanın təməlidir. Biz dərk edirik ki, mühüm qlobal iqtisadi və texnoloji dəyişikliklər fonunda öz bacarıq və vərdişlərimizi daim təkmilləşdirmək imkanı əldə etməliyik. Odur ki, vərdişlərimizin müntəzəm müasirləşdirilməsi üçün bizə şərait yaradılmalıdır. Bu halda iqtisadiyyatımız daha yaxşı təchiz olunar və biz bir şəxsiyyət kimi gələcək inkişafımıza nəzarəti gücləndirə bilərik. |
Beynəlxalq Miqrasiya Təşkilatının
(İOM) Azərbaycan nümayəndəliyinin
rəhbəri Vasiliy Yucanin, Naxçıvandakı
ofisinin rəhbəri Lüsi
Düpertüis və bir qrup
nümayəndə Naxçıvan Dövlət Universitetində
oldu. Görüşdə universitetin rektoru, akademik İsa
Həbibbəyli universitet haqqında qonaqlara ətraflı
məlumat verdi. Rektor təmsil etdiyi ali məktəbin
beynəlxalq təşkilatlarla əlaqələrə xüsusi
əhəmiyyət verdiyini qeyd edərək Beynəlxalq
Miqrasiya Təşkilatı (İOM) ilə onillik tarixə
malik tərəfdaşlığı xüsusi
dəyərləndirdi. Tədbirdə Naxçıvan MR-in təbii su ehtiyatlarından səmərəli istifadə və kəhrizlərin tədqiqi sahəsində son zamanlar həyata keçirilən uğurlu layihələrdən danışıldı, Naxçıvan Dövlət Universitetinin əməkdaşları tərəfindən kəhrizlərlə bağlı dərsliyin hazırlanmasından bəhs olundu.
|