ABŞ dövlətinin qeyri-dini, qeyri-siyasi
təşkilatı olan Sülh Korpusu 1961-ci ildə
prezident Con F.Kennedi tərəfindən
yaradılmışdır.
Sülh Korpusu bütün fəaliyyət göstərdiyi ölkələrə
yalnız yerli hökumətin dəvəti ilə gedir. Onun
əsas məqsədi amerikalı Könüllülərin vasitəsilə
dünyada sülh və dostluğun bərqərar olmasına
dəstək vermək, fəaliyyət göstərdiyi ölkənin
ehtiyaclarından asılı olaraq təlim keçmiş
ixtisaslı kadrlar vasitəsilə texniki bilik və
bacarıqların ötürülməsindən ibarətdir.
Sülh Korpusu Azərbaycanda 2003-cü ildən
fəaliyyət göstərir. Hazırda Könüllülər
Azərbaycanda "İngilis dilinin tədrisi",
"İcmanın iqtisadi inkişafı" və "Gənclərin
inkişafı" proqramları üzrə fəaliyyət göstərir.
Sülh Korpusu Azərbaycan Respublikası Təhsil
Nazirliyi ilə birgə ingilis dili tədris olunan
dövlət məktəbləri üçün müsabiqə elan edir.
Könüllülər seçilmiş məktəblərdə 2010-cu ilin
dekabr ayından başlayaraq ingilis dili müəllimi
kimi iki akademik il ərzində təmənnasız
fəaliyyət göstərəcək. Könüllülər azərbaycanlı
ingilis dili müəllimləri ilə birlikdə dərs
deyəcək, tələbələrin ingilis dilində danışıq
bacarıqlarını təkmilləşdirəcək, ingilis dili
tədrisinin yeni metodlarını təqdim edəcək və
məktəbdə ingilis dili mühitinin yaradılması
istiqamətində fəaliyyət göstərəcəklər.
Sülh Korpusunun Könüllüsü üçün müraciət etmək
istəyən ən azı 2 və ən çoxu 12 ingilis dili
müəllimi olan şəhər və kənd orta məktəbləri
ərizə forması üçün müvafiq rayon təhsil
şöbəsinin müdirinə müraciət edə bilərlər. Ərizə
forması məktəb direktoru və ingilis dili
müəllimləri tərəfindən doldurulmalı, məktəbin
direktorunun imzası ilə təsdiq olunduqdan sonra
təhsil şöbəsinin müdirinə təhvil verilməlidir.
Rayon təhsil şöbəsinin müdiri həmin ərizə
formasını təsdiq etməlidir. Hər məktəbdən
yalnız bir ərizə gözlənilir.
Ərizələri yanvar ayının 18-dən başlayaraq
rayon təhsil şöbəsindən əldə etmək olar.
Fevral ayının 10-dan başlayaraq Sülh Korpusunun
əməkdaşları ərizələri rayon təhsil şöbələrindən
toplayacaqdır.
Sülh Korpusu Könüllüləri artıq bir çox
rayonlarda çalışır. Müvafiq rayonların
siyahısını hazırlayarkən, Sülh Korpusu rayonda
bu günəcən işləmiş, hazırda işləyən
Könüllülərin sayını, rayonda olan məktəblərin
sayını və digər məsələləri nəzərə alır.
Ərizələrin tam və düzgün doldurulması seçimdə
böyük əhəmiyyətə malikdir.
Bu il keçirilən müsabiqədə aşağıdakı rayonlar
üzrə ingilis dili tədris olunan məktəblər
iştirak edə
bilərlər:
Beyləqan, Biləsuvar, Daşkəsən, Qusar, Quba,
Xaçmaz, Goranboy, Göyçay, Gədəbəy, Cəlilabad,
Göygöl, İmişli, Mingəçevir, Masallı, Saatlı,
Sabirabad, Şəmkir, Zərdab.
Əlavə məlumat üçün rayon təhsil şöbəsinə
müraciət etmək və ya Sülh Korpusu İngilis
dilinin Tədrisi üzrə Proqram menecerləri ilə
əlaqə saxlamaq olar.
Əlaqə telefonları:
Tel.: (012) 596-17-20
Fax: (012) 596-17-24
Mobil: (050) 203-32-65, (050) 250-54-12 |