Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə
Alman Akademik Mübadilə Xidməti (DAAD) arasında
imzalanmış Sazişə uyğun olaraq Azərbaycan
Respublikası Prezidentinin 16 aprel 2007-ci il
tarixli, 2090 nömrəli sərəncamı ilə təsdiq
edilmiş "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində Almaniya Federativ
Respublikasının ali məktəblərində təhsil almaq
məqsədilə müsabiqə elan edilir.
Bakalavr pilləsində təhsil almaq üçün
Azərbaycanın müvafiq universitetlərinin ikinci
və ya üçüncü kurslarında təhsil alan və bakalavr
pilləsinə tələbə qəbulu üzrə aparılan test
imtahanları çərçivəsində texniki sahələr üzrə ən
azı 550 bal, digər sahələr üzrə ən azı 600 bal
toplayan Azərbaycan Respublikası vətəndaşları
müsabiqədə iştirak edə bilər.
Magistratura pilləsində təhsil almaq üçün
2009-2010-cu tədris ilində Azərbaycanın ali
məktəblərinin bakalavr pilləsinin IV kursu və
yaxud magistratura pilləsində təhsil alan və
magistratura pilləsinə tələbə qəbulu üzrə
aparılan test imtahanları çərçivəsində texniki
sahələr üzrə ən azı 70 bal (və ya bunun
ekvivalenti), digər sahələr üzrə ən azı 80 bal
(və ya bunun ekvivalenti) toplayanlar,
diplomdansonrakı tibb proqramlarında təhsil
almaq üçün təhsil müddəti ərzində orta qiyməti
4.0-dan yuxarı olan tibb universitetinin sonuncu
kurs tələbələri və ya məzunları müsabiqədə
iştirak edə bilər.
Azərbaycanda bakalavr pilləsi üzrə alınmış
təhsil Almaniyada magistr pilləsinə qəbul
olunarkən tanına bilər.
Azərbaycanda magistr pilləsi üzrə alınmış təhsil
Almaniyada doktorantura pilləsinə qəbul
olunarkən tanına bilər.
Müsabiqədə iştirak etmək üçün iddiaçılar
aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Müsabiqədə iştirak etmək üçün ərizə;
2. Əsaslandırma məktubu (2 dildə);
3. 2 ədəd tövsiyə məktubu (məktubun xüsusi
forması
http://www.daad.de/imperia/md/content/de/foerderung/recommendation.pdf
saytından əldə edilir və iddiaçının təhsil
aldığı ali məktəbin professor-müəllim heyəti
tərəfindən doldurulur);
4. Ali məktəbə qəbul vaxtı TQDK tərəfindən
topladığı bal haqqında arayış;
5. Ali məktəb tərəfindən verilən diplomun və
diploma əlavənin alman və yaxud ingilis dilinə
(ingilis dilində təhsil alacaq namizədlər)
tərcümə olunmuş və notariat qaydada təsdiq
edilmiş surəti;
6. Hazırda təhsil alan tələbələr ali məktəb
tərəfindən verilən arayış və qiymət
kitabçasından çıxarışın alman və yaxud ingilis
dilinə (ingilis dilində təhsil alacaq
namizədlər) tərcümə olunmuş və notariat qaydada
təsdiq edilmiş surəti;
7. Alman və yaxud ingilis dilini (ingilis
dilində təhsil alacaq namizədlər) müvafiq ali
məktəbin tələbləri səviyyəsində bilməsi haqqında
zəruri sertifikatın surəti:
XTələbə alman dilini ən azı DSH 2 və ya TestDaf
4 səviyyələrində bilməlidir;
XAlman dili üzrə OnDaf testi (alman dili
səviyyəsini müəyyən edən sınaq test) DAAD-nin
Bakı İnformasiya Mərkəzində aparılır.
(OnDaf alman dili üzrə testi barədə
məlumatları http://ic.daad.de/baku İnternet
ünvanından və DAAD-nin İnformasiya Mərkəzindən
əldə etmək olar. (Azərbaycan Texniki
Universiteti-H.Cavid prospekti 25, əlaqə
telefonu 439 12 65)
Xİngilis dilində olan təhsil proqramları üçün
tələbə TOEFL və ya digər müvafiq testlərdən
keçməlidir;
XTibb təhsili yalnız alman dilində aparılır;
8. Xüsusi anket formasını çap edərək Təhsil
Nazirliyinə təqdim etmək
(https://scholarship.daad.de/obdva/www_echt/www/index.html?lang=de
və ya
https://scholarship.daad.de/obdva/www_echt/www/index.html?lang=en
saytlarından əldə etmək olar)
9. Tərcümeyi-hal (CV) (2 dildə);
10. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil;
11. Sağlamlıq haqqında arayış (AZS-086 nömrəli
tibbi arayış);
12. Şəxsiyyət vəsiqəsinin surəti.
Maraqlananlar hər gün (şənbə, bazar günləri
istisna olmaqla) saat 10.00-dan 17.30-dək Təhsil
Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə
müraciət edə bilərlər. Sənədlərin təqdim
edilməsi üçün son müddət - 25 fevral 2010-cu il
saat 17.30-dək.
QEYD: Alman dili üzrə Almaniyada əlavə hazırlıq
kursunda təhsil tələb olunduğu təqdirdə müvafiq
təhsil proqramına başlayanadək tələb olunan
bütün xərcləri tələbənin özü tərəfindən
ödənilməlidir.
Daha ətraflı məlumatları Təhsil Nazirliyinin
xaricdetehsil.edu.gov.az
İnternet ünvanından əldə etmək olar.
Əlaqə telefonları: 496-33-11; 496-34-00
Ekspertlər: Sevinc İsmayılova (daxili nömrə 179)
Fidan Kərimova (daxili nömrə 288)
Elnarə Hüseynova (daxili nömrə 184) |