Lot-1. Əsaslı təmir işlərinin satınalınması
Lot-2. Bərk inventarların satınalınması
Lot-3. Digər maşın və avadanlıqların alınması
İşlərin yerinə yetirilməsi müddəti ilin axırına
qədərdir.
Tender iştirakçılarına təklif edilir ki, öz
tender təkliflərini möhürlənmiş, imzalanmış
şəkildə ikiqat zərfdə yazılı şəkildə təqdim
etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender
iştirakçıları lazımi maliyyə və texniki
imkanlara malik olmalıdır.
Tenderdə iştirak etmək istəyənlər Lot-1-124
manat, Lot-2-230 manat və Lot-3-110 manat
məbləğində iştirak haqqını aşağıda göstərilən
hesaba köçürdükdən sonra Azərbaycan dilində
tərtib olunmuş əsas şərtlər toplusunu Bərdə
şəhəri, Bərdə Rayon Təhsil Şöbəsindən bilərlər.
Əlaqələndirici şəxs: Səfərov Aydın,
telefon: 5-11-09.
Təşkilatçısı: Bərdə Rayon Təhsil Şöbəsi,
Bərdə şəhəri, Nizami küçəsi,78.
Bərdə Rayon YOX
Hesab N - 132050000
VÖEN: 4000183681
Bank: Kapital Bankın Bərdə filialı
VÖEN: 9900003611
Müxbir hesabı: 3728010000
S.W.I.F.T BİK AII VAZ X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar tenderdə iştirak etmək üçün
aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət,
- tender iştirak haqqının ödənilməsi barədə bank
sənədi,
- tender təklifi açıldığı tarixdən sonra 30 bank
günü qüvvədə olmalıdır.
- İş qrafiki:
- Tender təklifi dəyərinin 1 faizi həcmində
zərflərin təminatı (bank açıldığı tarixdən 60
bank günü qüvvədə olmalıdır),
- Azərbaycan Respublikasında vergilərə və digər
icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı
keçmiş öhdəliklərin olmaması haqqında müvafiq
vergi orqanlarından arayış,
- İddiaçıların son bir ildəki fəaliyyəti
haqqında vergi orqanları tərəfindən təsdiq
olunmuş maliyyə hesabatının surəti,
- İddiaçıların son bir ildəki maliyyə vəziyyəti
haqqında bank arayışı,
- İddiaçıların tam adı, hüquqi statusu,
nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və
rekvizitləri,
- İddiaçının son bir ildə analoji işlər üzrə
təcrübəsi və potensial imkanı haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və
surəti) tərtib olunmalıdır.
Tender prosesləri "Dövlət satınalmaları
haqqında" qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda
göstərilən sənədləri (tender təklifi, bank
zəmanəti və iş qrafiki istisna olmaqla) 03 mart
2010-cu il saat 17.00-a qədər, bank zəmanəti və
tender təklifi isə möhürlənmiş ikiqat zərfdə 10
mart 2010-cu il saat 17.00-a qədər Bərdə Rayon
Təhsil Şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər
açılmadan geri qaytarılacaqdır.
Təkliflər 14 mart 2010-cu il saat 11.00-da Bərdə
Rayon Təhsil Şöbəsində açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak
edə bilərlər.
Tender Komissiyası |