Təqaüd Proqramında İKT üzv dövlətlərinin
vətəndaşlarına Türkiyə universitetlərində təhsil
almaq üçün 30 təqaüd - 10 araşdırma işi, 10
magistr və 10 bakalavr təqaüdü - ayrılmışdır.
Təqaüd Proqramında iştirak etmək arzusunda olan
namizədlər:
1. Türkiyə Cümhuriyyətinin vətəndaşı olmamalı və
ya ikili vətəndaşlığa malik olmamalı;
2. Bakalavr təqaüdünə namizədlər Türkiyədə
tanınan məktəbdən ən azı yaxşı qiymətlərlə və
iki ildən əvvəl olmamaq şərtilə məzun olmalı və
25 yaşından böyük olmamalı ;
3. Magistr və doktor təqaüdünə namizədlər ən azı
4 il əvvəl universitetdən məzun olmalı və 40
yaşından böyük olmamalı;
4. Araşdırma işi təqaüdünə namizədlər ən azı 4
il əvvəl universitetdən məzun olmalı və türk və
ya ingilis dilini yaxşı səviyyədə bilməli;
5. Fiziki cəhətdən sağlam olmalıdırlar.
Tələb olunan sənədlər:
Bakalavr təqaüdünə namizədlər üçün:
1. Təqaüd proqramına müraciət etmək üçün xüsusi
ərizə forması;* (formaya fotoşəkil
yapışdırılmalıdır);
2. Attestatın notarial qaydada təsdiq olunmuş və
türk və ya ingilis dilinə tərcümə olunmuş iki
ədəd surəti; (Türkiyəyə gəlişdə attestatın əsli
də gətirilməlidir);
3. Hazırda bakalavr pilləsində təhsil alan
tələbələr üçün - notarial qaydada təsdiq olunmuş
və türk və ya ingilis dilinə tərcümə olunmuş iki
ədəd qiymət kitabçasından çıxarış;
4. Türk və ya ingilis dilinə tərcümə olunmuş
tibbi arayış;
5. 4 ədəd 3,5x4,5 rəngli fotoşəkil;
6. Xarici pasportun surəti;
7. TÖMER diplomu (əgər varsa).
Magistr və doktor təqaüdünə namizədlər üçün:
1. Təqaüd proqramına müraciət etmək üçün iki
ədəd xüsusi ərizə forması;* (formaya fotoşəkil
yapışdırılmalıdır);
2. Diplomun notarial qaydada təsdiq olunmuş və
türk və ya ingilis dilinə tərcümə olunmuş iki
ədəd surəti; (Türkiyəyə gəlişdə diplomun əsli də
gətirilməlidir);
3. Hazırda magistratura pilləsində təhsil alan
tələbələr üçün notarial qaydada təsdiq olunmuş
və türk və ya ingilis dilinə tərcümə olunmuş iki
ədəd qiymət kitabçasından çıxarış;
4. Türk və ya ingilis dilinə tərcümə olunmuş iki
ədəd tərcümeyi - hal (CV forması);
5. İki fərqli müəllimdən alınacaq və türk və ya
ingilis dilinə tərcümə olunmuş iki ədəd tövsiyə
məktubu;
6. Türk və ya ingilis dilinə tərcümə olunmuş
tibbi arayış;
7. 4 ədəd 3,5x4,5 rəngli fotoşəkil;
8. Xarici pasportun surəti;
9. TÖMER diplomu (əgər varsa).
Araşdırma işi təqaüdünə namizədlər üçün:
1. Təqaüd proqramına müraciət etmək üçün dörd
ədəd xüsusi ərizə forması;* (formaya fotoşəkil
yapışdırılmalıdır);
2. Diplomun notarial qaydada təsdiq olunmuş və
türk və ya ingilis dilinə tərcümə edilmiş iki
ədəd surəti; (Türkiyəyə gəlişdə diplomun əsli də
gətirilməlidir);
3. Türk və ya ingilis dilinə tərcümə olunmuş iki
ədəd tərcümeyi - hal (CV forması);
4. İki fərqli müəllimdən alınacaq və türk və ya
ingilis dilinə tərcümə olunmuş iki ədəd tövsiyə
məktubu;
5. Yazılacaq araşdırma işinin türk və ya
ingilis dilinə tərcümə olunmuş planı;
6. Türk və ya ingilis dilinə tərcümə olunmuş
tibbi arayış;
7. 4 ədəd 3,5x4,5 rəngli fotoşəkil;
8. Xarici pasportun surəti;
9. TÖMER diplomu (əgər varsa).
*Təqaüd proqramına müraciət etmək üçün xüsusi
ərizə formasını
http://digm.meb.gov.tr saytından yükləyə
bilərsiniz.
Qeyd: Xüsusi ərizə formasını yanlış və ya
natamam dolduran namizədlərin sənədləri qəbul
olunmayacaqdır.
Proqramda iştirak etmək arzusunda olan
namizədlər lazımi sənədlərlə birlikdə 01 aprel
2010-cu il tarixinə kimi Azərbaycan Respublikası
Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə
müraciət edə bilərlər.
Əlaqə saxlanılacaq şəxs:
Elnarə Hüseynova
Tel.: 496-33-11, 496-34-00,
daxili nömrə 1-84 |